1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan ərazisindəki qədim kəhrizlərin bərpasını davam etdirir
10.05.2019

Bakı, FinanceTime. BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Missiyasının rəhbəri Vladimir Qiyorqiyev Naftalan və Ağcabədi rayonlarına səfər etmişlər. Naftalan rayonu ərazisində yerləşən və 9 il əvvə KOICA-nın maliyyə dəstəyi ilə BMqT-nin Azərbaycandakı Missiyası tərəfindən bərpa olunmuş Çəkil kəhrizinə baş çəkən qonaqlar bərpa işlərini görmüş kankanlarla (ustalar) görüşmüş və kəhrizin ətraf ərazinin əhalisi və kənd təsərrüfatı torpaqlarının su ilə təhcizatındakı rolu haqda məlumatlar almışlar. Adı çəkilən kəhrizin suyu bu ərazidə yaşayan 12218 nəfər əhalidən 8400 nəfərinin (1527 ailə) məişət və suvarma ehtiyaclarının təmin olunmasında mühüm rol oynayır. Daimi su mənbəyi olan bu kəhriz sayəsində yerli əhali 9 il ərzində Naftalan və ətraf ərazidə 20 minə yaxın ağac əkmişlər.

Ağcabədi rayonuna etdikləri səfəri zamanı BMT rəsmiləri rayonun icra hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşmüşlər. Görüş zamanı Şahin Məmmədov BMqT-inin Koreyanın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi və rayon ərazisində mövcud olan bir sıra kəhrizlərin bərpasını nəzərdə tutan layihənin yerli əhali üçün vacibliyini vurğulamışdır.

Qeyd edək ki, adı çəkilən layihə çərçivəsində BMqT Ağcabədi rayonunda 4837 nəfər (1029 ev təsərrüfatı) yerli və 141 nəfər (46 ev təsərrüfatı) məcburi köçkünün yaşadığı Hüsülü kəndi ərazisindəki kəhrizin bərpasını nəzərdə tutur. Hüsülü kəndinə gələn qonaqlar bərpa olunacaq kəhrizin yerləşdiyi əraziyə baş çəkmiş və kəndin əhalisi ilə görüşmüşlər. Kənd bələdiyyəsinin başçısı Kəklik Əhmədova kənd əhalisinin su sarıdan əziyyət çəkdiklərini, hətta susuzluq səbəbindən bəzi hallarda əkdikləri məhsulları itirdiklərini qeyd edərək yerli icma üçün vacib olan bu layihənin icrasına hərtərəfli kömək gösətərcəklərini bildirdi.

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai kənd əhalisi tərəfindən kəhrizlərin qorunmasının əhəmiyyətini vurğulamış və Hüsülü kəhrizinin açılış mərasiminə şəxsən gələcəyini bildirmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment