1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


2019-cu ilin mart ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
08.05.2019

Bakı, FinanceTime.  31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,846.9 mln. manat,cəmi öhdəlikləri isə 25,533.2 mln.manat təşkil edib. Sektorun balans kapitalı 4,313.7mln. manat olub.

Aktivlər

Mart ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 0.7% (84.5 mln. manat) artaraq 12,714.4 mln. manat təşkil edib. Kredit portfeli cari ilin ilk rübündə 0.7% (86.1 mln. manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.2% (93.2 mln. manat), rüb ərzində isə 2.7% (211.2 mln. manat) artaraq 7,983 mln. manata çatıb.

Öhdəliklər

2019-cu ilin martayında fiziki şəxslərin əmanətləri 8,253.5 mln. manat təşkil edib. Mart ayında əmanətlər 1.7% (135 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli əmanətlər hesabına olub. Mart ayı ərzində fiziki şəxslərin müddətli əmanətləri 2.5% (135.8 mln. manat) artaraq 5,465.8 mln. manat təşkil edib.

Hüquqi şəxslərin depoziti cari ilin ilk rübündə 0.1% (7 mln. manat) artaraq 10,318.5 mln. manata çatıb. Artım müddətli depozitlər hesabınadır. Belə ki, dövr ərzində hüquqi şəxslərin müddətli depozitləri 19.2% (278.1 mln. manat) artıb.

Balans kapitalı

Sektorun balans kapitalı mart ayı ərzində 1.7% (70.9 mln. manat)artaraq 4,313.7 mln. manata çatıb. Bu göstərici cari ilin ilk rübündə 5.9% (241.9 mln. manat) artıb.

Mənfəət və zərər

Mart ayında bankların əməliyyat mənfəəti 179.1 mln. manat, xalis mənfəəti isə 123.9 mln. manat təşkil edib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 12.9%, kreditlər üzrə faiz gəlirləri isə 19.5% artıb.

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,535 olub.Bank sektorunun işçi heyətinin sayında artım mart ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin mart ayında işçi sayı0.4% (66 nəfər) artaraq17,749 nəfər təşkil edib.

31 mart 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika ).

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment