1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


2019-cu ilin yanvar-mart ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb
08.05.2019

Bakı, FinanceTime. 2019-cu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 46.2 mln.manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Ötən ilin ilk 3 ayı ilə müqayisədə 2019-cu ilin ilk 3 ayında sığorta haqları 4.2% (8.1 mln manat) artıb.

Könüllü sığorta bazarı üzrə haqlar130 mln. manat, ödənişlər isə 29.9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 71.2 mln. manat, ödənişlər isə 16.3 mln. manat olub.

2019-cu ilin yanvar-mart aylarında sektor üzrə məcmu sığorta haqlarının 64.6%-i könüllü, 35.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64.7%-i könüllü, 35.3%-i icbari sığorta növləri hesabına formalaşıb.

Könüllü sığorta haqlarında artım ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayında tibbi sığorta 19.5% (9.3 mln. manat), icbari sığorta haqlarında isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 54.9% (4.6 mln. manat) artıb.

2019-cu ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistics-statistics ).

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment