1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Astarada xeyriyyə aksiyası keçirir
08.05.2019

Bakı, FinanceTime. Mayın 7-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş xeyriyyə aksiyasına start verilib. İki gün Astara rayonunun Kijəbə qəsəbəsində davam edəcək humanitar aksiya zamanı Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri “Ürək-damar xəstəliklərinə qarşı mübarizə” layihəsi çərçivəsində yerli əhaliyə pulsuz xidmət göstərəcək. Bu məqsədlə regiona Mobil Səyyar Hospital ezam olunub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” çərçivəsində keçirilən bu layihə çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək-damar xəstəliyi və onun aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir.

Tədbir zamanı Mərkəzi Gömrük Hospitalının ürək cərrahı,tibb elmləri doktoru, Milli Məclisin deputatıRəşad Mahmudovun rəhbərliyi ilə 16 nəfərdən ibarət təcrübəli həkim briqadası tərəfindən tibbi yardıma ehtiyacı olan, azyaşlı uşaqlar daxil olmaqla, rayon sakinləri müayinə olunacaq. Həkim briqadasında anadangəlmə ürək qüsurları üzrə yüksək ixtisaslı ekspertlər də var.

EXO, USM, EKQ və Doppler vasitəsilə müayinə zamanı səhhətində problem aşkarlanan vətəndaşlara yerində peşəkar tibbi məsləhətlər veriləcək. Aksiya zamanı, həmçinin əhali artıq xolesterin, təzyiq, şəkər kimi problemlərlə bağlı maarifləndiriləcək, gələcək fəsadların əmələ gəlməməsi üçün onlar doğru müalicə barədə məlumatlandırılacaq.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən belə xeyriyyə tədbirlərinin Azərbaycanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Ürək cərrahı Rəşad Mahmudov jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, aksiyanın məqsədi Mərkəzi Gömrük Hospitalının səyyar tibbi xidmət briqadası ilə birlikdə regionlara çıxmaq, ən ucqar kəndlərə gedib ürək-damar problemlərindən əziyyət çəkən insanlarla bilavasitə təmasda olmaq, rayon yerlərində tibb xidmətlərinə əlçatanlığının artırılması məqsədi ilə insanlara ən yüksək texnologiyalar əsasında diaqnostik müayinələr aparmaqdır.












Xeyriyyə aksiyasında 500 nəfərə yaxın Astara rayon sakininin müayinəsi nəzərdə tutulub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment