1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankından kart PİN kodları ilə bağlı bir ilk – “e-PİN” xidməti
07.05.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı elektron xidmət infrastrukturunun inkişafı tədbirlərini davam etdirir. Bu istiqamətdə uğurla başa çatdırılan daha bir layihə sayəsində müştərilərə plastik kartlarının PİN kodunu ATM-lər və Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada təyin etmək imkanı yaradılıb.

Xatırladaq ki, əvvəllər müştərilər kart sifariş etdikdə PİN kod onlara ya xüsusi zərflərdə təqdim olunurdu, ya da PİN kodu müştərilər Bankın filial və şöbələrində POS terminal vasitəsilə özləri müəyyənləşdirirdilər.

İndi isə müştərilər Azərbaycan Beynəlxalq Bankından kartlarını əldə edərkən PİN kodu banka məxsus ATM-lər və ya bankın saytında “e-PİN” bölməsinə daxil olmaqla təyin edə bilərlər. Bu zaman əməliyyatların tam təhlükəsizliyi təmin olunur. Bu xidmətdən istifadə müştərilərin vaxtına qənaət etməklə bərabər, PİN kodun sonradan unudulması hallarını da aradan qaldırır.

Sözügedən xidmətlərin istifadə qaydaları barədə məlumatı bu linkdən əldə etmək mümkündür: https://www.ibar.az/az/individual/bank-24-7/internet-banking/e-pin/

Qeyd edək ki, bu imkan ancaq bankdan yeni sifariş edilən kartlara aiddir.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment