1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


2019-cu ilin I rübü üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb
07.05.2019

Bakı, FinanceTime. 2019-cu ilin I rübü ərzində qiymətli kağızlar bazarında ümumilikdə 5 663.5 mln. manat həcmində əməliyyat aparılıb. Əməliyyatların 73.2%-i(4 144.8 mln. manat) ilkin bazarda, 26.8%-i (1518.7 mln. manat) isə təkrar bazarda aparılıb.Belə ki, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızların ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% (1 103.2 mln. manata) artıb.

Korporativ qiymətli kağızlar

2019-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin 3.3 dəfə artmasına səbəb olub. Əlavə olaraq korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 12 dəfə artaraq 444mln. manata çatıb. Ümumilikdə, ölkənin korporativ qiymətli kağızlarının ilkin bazarında 37% artım müşahidə olunub.

Dövlət qiymətli kağızları

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 41% (2 608.2 mln. manat) artaraq 3 671.8mln. manat təşkil edib. Bunun 227.5mln. manatını Maliyyə Nazirliyinin istiqrazları, 3 444.3mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 8 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 13 hərrac keçirilib və müvafiq olaraq, 151.8mln. manat və 3 363.1 mln. manat məbləğində yerləşdirmə olub.

Repo və əks-repo əməliyyatları

Hesabat dövründə repo əməliyyatlarının ümumi məbləği 101mln. manat olub. Dövlət istiqrazları ilə bağlanan repo əməliyyatların həcmi ötən illə müqayisədə 16% artaraq 92.6 mln. manat təşkil edib.

2019-cu ilin I rübü üzrə qiymətli kağızlar bazarına dair statistik məlumatlar icmal göstəricilərdə öz əksini tapıb. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment