1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı, KOBİA və ASAN radionun “Sahibkar vaxtı” başlanır
07.05.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ASAN radio”nun tərəfdaşlığı ilə sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verilib. Birgə layihə çərçivəsində hər həftə “ASAN radio”da canlı olaraq “Sahibkar vaxtı” proqramı efirə gedəcək.

“Sahibkar vaxtı” verilişini hər həftənin çərşənbə axşamı, saat 19.05-də “ASAN radio”nun efirində dinləmək, eləcə də Azərbaycan Beynəlxalq Bankının, KOBİA-nın və radionun Facebook-dakı korporativ səhifələrində canlı izləmək olar.

Verilişdə sahibkarlıq fəaliyyətinə aid konkret sahələr üzrə peşəkar mütəxəssislər qonaq qismində iştirak edəcəklər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa biləcəklər. Məqsəd cəmiyyətimizdə biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. “Sahibkar vaxtı” verilişini ölkəmizin biznes dairələrinə yaxşı tanış olan iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Kiçik və orta biznesə dəstək layihələrimiz uğurla davam etdirilir. Getdikcə daha çox sahibkar Azərbaycan Beynəlxalq Bankının yaratdığı sərfəli kreditləşmə imkanlarından yararlanır. Tərəfdaşlıq etdiyimiz qurumlarla bu sektorun inkişafına maarifləndirici layihələrimizlə də dəstək olmağa çalışırıq. Ümid edirik ki, “Sahibkar vaxtı” verilişi niyyətimizi doğruldacaq, sahibkarlarımızın işinə kömək göstərəcək”.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin mətbuat katibi Vüsalə Quliyeva qeyd edib ki, sahibkarların məlumatlandırılması baxımdan maarifləndirici verilişlər əhəmiyyətlidir: “Sahibkarlarla mütəmadi ünsiyyətimiz zamanı onların biznes fəaliyyətinin ayrı-ayrı mərhələləri üzrə müəyyən suallarının olduğunu görürük. Biznesin qurulması və inkişafı, bu sahədəki yeniliklər və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılması üçün “Sahibkar vaxtı” verilişi maraqlı və faydalı bir platforma olacaqdır”.

Verilişin aparıcısı Əli Əhmədov isə auditoriyanın bu cür verilişlərə marağının getdikcə artdığını bildirib: “Biznes mühiti inkişaf etdikcə, cəmiyyətimizdə iqtisadi savadlılıq səviyyəsi yüksəldikcə insanlar vaxtlarını belə gərəkli verilişlərə sərf etmək istəyirlər. Biz də maksimum çalışacağıq ki, dinləyicilərimizin “Sahibkar vaxtı”na ayırdıqları zaman müqabilində onlara faydalı nələrsə verək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment