1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının “İsmayıllı” şöbəsinin yeni ofisi istifadəyə verildi
06.05.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsini davam etdirir. Xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə həm Bakı, həm də regionlardakı filial və şöbələr vahid korporativ üsluba uyğunlaşdırılır. Layihə çərçivəsində Azərbaycan Beynəlxalq Bankının İsmayıllı şöbəsinin ofisi də yeni ünvanda istifadəyə verilib. Şöbə bundan sonra fəaliyyətini İsmayıllı rayonu, Mirzə Fətəli Axundzadə küçəsi -18 ünvanında davam etdirəcək.

Ofis geniş ərazidə yerləşir.Bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunub. Burada müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər cür şərait yaradılıb. İsmayıllı şöbəsində vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.

Bankın Filiallarla iş departamentinin direktoru Emil Qədimov xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsinin bundan sonra da davam etdiriləcəyini bildirib: “Azərbaycan Beynəlxalq Bankı ölkəmizin ən geniş xidmət şəbəkəsinə malik banklarındandır. Yenilənmə tədbirlərimiz ən ucqar xidmət ofislərimizi də əhatə edəcək. Hazırda bir çox filial və şöbələrimizdə bu layihə uğurla davam etdirilir.Məqsədimiz müştərilərimizin layiq olduqları ən yüksək xidməti onlar üçün təmin etməkdir. Ümid edirik ki, müştərilərimiz yenilənmiş İsmayıllı şöbəmizdəki şəraitdən məmnun qalacaqlar. Bankımız müştərilərə təqdim etdiyi çeşidli məhsul və xidmətləri, biznesə davamlı dəstəyi ilə bu regionun sosial-iqtisadi inkişafında fəal rol oynayacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment