1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Bakı Marafonu - 2019”da Azercell sağlam həyat tərzi ideyası ətrafında minlərlə insanla həmrəy olacaq
03.05.2019

Bakı, FinanceTime. Ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyət arasında sağlam həyatı təbliğ etmək və minlərlə insanı bu fikir ətrafında cəmləmək məqsədilə may ayının 5-ində Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən “Bakı Marafonu - 2019” keçiriləcək. “Küləyə Qalib Gəl” şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq bu marafon sayca dördüncüdür. Yalnız vətəndaşlarımızın deyil, əcnəbilərin iştirakçı qismində qatıldığı bu genişmiqyaslı layihə hər il minlərlə insan tərəfindən böyük maraqla qarşılanır.

Yenilikçi təşəbbüslərin, sosial layihələrin həm dəstəkçisi, həm də təşkilatçısı olan “Azercell Telekom” MMC “Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşıdır.

Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR marafonun dəstəkçiləri qismində çıxış edir. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.

Rəqəmsal eranın tələblərinə uyğun olaraq, bu ilki marafonda bir yenilik tətbiq edilib. Belə ki, iştirakçılar taymkiperlərlə təchiz olunub. Bu xüsusi çip sayəsində iştirakçıların hərəkət istiqamətini izləmək, finiş xəttini ilk keçən şəxsləri dəqiq şəkildə təyin etmək, beləliklə də, yarışda şəffaflığı təmin etmək mümkün olacaq.

 Qeyd etmək istərdik ki, müasir dünya cəmiyyətində gündəmdə olan sağlam həyat tərzi və insan həyatının keyfiyyətinin artırılması ideyasının ölkəmizdə də təbliğ edilməsinə öz Korporativ Sosial Məsuliyyət Strategiyasında xüsusi diqqət ayıran “Azercell Telekom” MMC hər kəsi bu fəlsəfəni yaşatmağa səsləyir.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment