1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Azərbaycan İnsan Resursları Biznes Tərəfdaşlığı" mövzusunda illik konfrans keçirilib
06.05.2019

Bakı, FinanceTime. Bakı Konqres Mərkəzində "Azərbaycan İnsan Resursları Biznes Tərəfdaşlığı" mövzusunda illik konfrans keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə keçirilən konfransda platformanın üzvü olan 200 şirkətin insan resursu komandası iştirak edib.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan dərin iqtisadi islahatların əsas təkanverici qüvvəsi də elə peşəkar kadrlar, insan resurslarıdır. Bu baxımdan Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi hədəfi istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. Artıq ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlərin idarəetmə komandasında azərbayacanlılar daha üstünlük təşkil edir. "Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq ölkəmizin iqtisadi inkişafı naminə insan resurslarının inkişafı və peşəkar sahibkarlar sinfinin formalaşmasında öz köməyimizi həmişə göstəririk və bu misssiyanı gələcəkdə də davam etdirəcəyik".

Panel müzakirələrində səslənən maraqlı fikirlərə görə, gələcəyin peşələri dəyişir və Azərbaycan bu prosesi ciddi şəkildə izləməlidir. ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun sözlərinə görə, alimlər 37 ixtisasın ləğv olunacağı və 186 yeni ixtisasın yaranacağını anons ediblər. V. Zeynalov özünütəhsilin mühüm olduğunu vurğulayaraq, sahibkarların peşəkar kadrlara ehtiyacı olduğunu qeyd etdi. Eyni zamanda universitetlərin müasir peşələrə yönəlik ixtisaslar üzrə təhsilə önəm verməsinin vacibliyini vurğuladı.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktor müavini Fərid Əhmədov isə insan resurslarının hər bir şirkətdə mühüm yeri olduğunu və əlavə dəyər qazanmaqda roluna toxundu. Onun sözlərinə görə, HR strategiyası vacibdir və şirkətin inkişafı həm də bundan keçir. Daha sonra vurğulandı ki, 2030-cu ilə qədər ölkədə "Məşğulluq strategiyası"na uyğun olaraq həm məhsullar, həm də işçilərin rəqabət qabiliyyəti yüksəkdilməlidir və əmək bazarının öyrənilməsinə ciddi ehtiyac var.

Qeyd edək ki, tədbir panellər üzrə bu sahədə mövcud vəziyyət və təkliflərlə davam edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment