1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Tibb sahəsində əməkdaşlıq üzrə memorandum imzalanıb
03.05.2019

Bakı, FinanceTime. Mayın 3-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Florence Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Florence Nightingale Hastaneler Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi imzalayıb.

Tədbirdə Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalın rəisi Elman Məmmədov və digər rəsmi şəxslər də  iştirak ediblər. Bu memorandum tərəflər üçün tibb sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, inkişafına xidmət edəcək. Əməkdaşlıq çərçivəsində həmçinin Demiroğlu Bilim Universiteti ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzi arasında tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların, simpoziumların, ixtisasartırma kurslarının, o cümlədən digər  tibbi tədbirlərin təşkili nəzərdə tutulur. Eyni zamanda qurumların mütəxəssisləri arasında fəaliyyət sahələri üzrə teletibb əlaqələrinin qurulması layihəsi də ən qısa zamanda həyata keçiriləcək.

Hər iki ölkənin aparıcı tibb müəssisələrindən olan-Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Hastaneler Qrupu arasında  qurulan əməkdaşlıq bundan sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə rəvac verəcək, bu istiqamətdə intensiv iş aparılacaq. Mərkəzi Gömrük Hospitalının və Florence Nightingale Hastaneler Qrupunun aparıcı mütəxəssislərinin iştirakı ilə keçiriləcək qarşılıqlı elmi-praktiki tədbirlər, müştərək elmi-tədqiqat işləri, tibbi araşdırmalar, birgə əməkdaşlıq nəticəsində  ölkəmizdə tibbdə yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, imzalanma mərasimindən sonra qonaqlar Mərkəzi Gömrük Hospitalında yaradılan şəraitlə yaxından tanış olaraq qaraciyər və böyrək transplantasiyası, yeni doğulmuş xəstə uşaqlarda aparılan ürək əməliyyatları haqqında ətraflı məlumat alıblar. Qeyd edilib ki, hospital tibbi və texniki təchizatına, qaraciyər və böyrək transplantasiyası kimi keçirilən əməliyyatlara görə Azərbaycanda ən müasir standartlara cavab verən tibb müəssisəsidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment