1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə iri həcmli ödənişlər həyata keçirib
03.05.2019

Daim müştəri məmnuniyyətinin artırılmasında səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti 2019-cu ilin birinci rübündə irihəcmli sığorta ödənişlərini həyata keçirib.

Bakı, FinanceTime. Cari dövr ərzində həyata keçirilmiş yüksək məbləğli sığorta ödənişlərindən biri Suraxanı rayonunda Mercedes-Benz markalı avtomobilin hərəkətdə olan zaman sürücünün idarəetməni itirərək avtomobilidirəyə çırpması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlıdır. Avtomobil KASKO sığortalı olduğu üçün PAŞA Sığorta tərəfindən 17,330 AZN sığorta ödənişi həyata keçirilib.

Digər bir hadisə 2 avtomobilin iştirakı ilə baş verib. PAŞA Sığorta müştərisi olan BMW markalı avtomobil yolayrıcında Mercedes markalı avtomobillə toqquşub. BMW markalı avtomobilin sürücüsü PAŞA Sığortanın KASKO sığortası üzrə müştərisi olduğundan avtomobilə dəymiş 15,002 AZN məbləğində zərər şirkət tərəfindən qarşılanıb.

Qeyd edək ki, PAŞA Sığorta şirkətinin təklif etdiyi KASKO könüllü avtomobil sığortası avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış kimi bir sıra risklərə təminat verir.PAŞA Sığortaşirkəti hadisəsi olmuş müştərilərə təmir prosesini onlayn izləmək imkanı da təqdim edir. Belə ki, zərərçəkən müştərilər avtoservisdə olan avtomobillərinin təmir prosesinitelefon və ya kompüter vasitəsiləizləyə və təmirdə olan avtomobillərin cari vəziyyəti barədə ətraflı məlumat əldə edə bilərlər.

KASKO sığortasını əldə etmək üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz. 

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment