1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank BAFT-ın Qlobal İllik Toplantısında iştirak edib
03.05.2019

Kapital Bank 28 aprel – 1 may 2019-cu il tarixlərində Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib. Tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

BAFT-ın Qlobal İllik Toplantısın əsas məqsədi transformasiyalar dövründə yeni imkanların müəyyənləşdirilməsi və çətinliklərin öhdəliyindən gəlmə üsulları, maliyyə institutlarını yaxın on ildə nə gözləyəcəyini və müasir rəqəmsal dövründə banklar və onların müştərilərinə nəyin vacib olduğunu müzakirə etməkdir. Tədbir zamanı maliyyə sahəsində müasir texnoloji trendlər və tənzimləyici aspektlər, real vaxt rejimində ödənişlər, blokçeyn, ödəniş sistemlərinin inkişafı mövzuları gündəmdə olub.

“Müasir dövrdə maliyyə qurumlarının qarşısında dayanan texnoloji yeniliklərin inkişafı, qiymətləndirilməsi və bu yeniliklərin tətbiqi gündəmdə olan ən vacib mövzudur. Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri, digər beynəlxalq ekspertlərlə ümumi müzakirələr və kiçik qruplarla görüşlərimiz oldu. Rəqəmsal bankçılığa keçid dönəmində bu cür görüşlərdə iştirak, gələcək fəaliyyətimizə öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki,tədbir zamanı Vüqar Sadiq BAFT-ın inkişafına əvəzsiz töhfələr verdiyinə və Azərbaycanda və regionda bank sahəsində peşəkar biliklərin təbliği istiqamətində mühüm işlər gördüyünə görə xüsusi mükafatla təltif olunub.

Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment