1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırdı
02.05.2019

Bakı, FinanceTime.  95% halda əgər insanın soyuducusu səliqəlidirsə, demək ki, iş fayllarında da səliqə gözlənilir. 85% halda isə, şəxsməzuniyyətdən əvvəl soyuducusunu təmizləyirlərsə, demək ki, istirahət öncəsi elektron sənədlərini də eyni qaydadasəliqəyə salır. “Kaspersky Lab”in apardığı“Rəqəmsal qarışıqlıq” tədqiqatının nəticələri belə deməyə əsas verir. Sorğu dünya üzrə 7min əməkdaş arasında keçirilib.

Səliqə vərdişi korporativ məlumatların qorunması baxımından vacibdir. Sənədlərdə xaos onlarıntəhlükəsizliyinə ciddi problem yaradır. İşçilər tərəfindən yaradılan rəqəmsal sənədlər daim artır, rəhbərlik isə adətən bu sənədlərin yerləşməsi haqqında və onlara çıxış imkanları barədə məlumatsız olur. Rəqəmsal qarışıqlığın aradan qaldırılması çətin işdir, xüsusilə də, bunun üçün əlavə resurslara malik olmayan kiçik və orta biznes üçün. Məsələnin həllində vacib addım iş faylarının vəelektron yazışmaların təhlükəsizliyinə cavabdeh şəxsin seçilməsidir.

Beləliklə, işçilərin 70% -i hesab edir ki, sənədlərə çıxış hüquqlarının bölüşdürülməsinin məsuliyyəti rəhbərlik, İT şöbəsinin əməkdaşları və informasiya təhlükəsizliyi şöbəsinin əməkdaşlarının üzərinə düşür. Lakin, insan faktoru ləğv edilməyib: işçilər bilmədən və ya qəsdən gizli məlumatlara çıxışı həmkarlarına və ya kənar şəxslərə çatdıra bilər, eləcə də, hiylə işlədərək məhdudiyyətləri aradan qaldıra bilərlər.

"İşçilər çoxlu fayllar yaradır. Rəhbərlər bu proseslə əlaqəli potensial riskləri nəzərə almalıdırlar, çünki rəqəmsal qarışıqlıq məlumatların qorunmasına təhlükə yaradır. Əlbəttə, soyuducudakı səliqə zərərli proqramlardan qorumağa yardım etmir, ancaq kompüterdə səliqəyə soyuducudakı qədər əhəmiyyət verilsə, informasiya təhdidlərinə məruz qalma riski azalacaq. Bunun üçün işçilər elektron sənədləri səliqədə saxlamalı, eləcə də,onları sadə, eyni zamanda effektiv qorunma həllər ilə  təmin etməlidirlər", - bunu “Kaspersky Lab” şirkətinin qlobal satışlar üzrə vitse-prezidenti Maksim Frolov deyib.

Rəqəmsal qarışıqlıq risklərindən qorunmaq üçün “Kaspersky Lab” şirkətlərə aşağıdakıları tövsiyə edir:

·       İşçilər üçün rəqəmsal dünyada təhlükəsiz davranış bacarıqlarını tətbiq edə biləcək kiber savadlılıq təlimləri təşkil etmək. Buna “Kaspersky Automated Security Awareness Platform” (ASAP) platforması yardım edə bilər;

·         Cihazın itirilməsi və məlumatların sızması hallarından qorunmaq üçün faylların əlavə nüsxələnməsini və şifrənilməsini təmin etmək;

·        Qapalı olmayan zəifliklərin qarşısını almaq üçün proqramları mütəmadi yeniləmək;

·          Kiçik və orta biznesin qorunması üçün sadə idarəetmə və yoxlanılmış təhlükəsizlik xüsusiyyətləri olanhəlləri istifadə etmək, məsələn “Kaspersky Small Office Security”və ya “Kaspersky Endpoint Security Cloud”.

* Rəqəmsal qarışıqlıq (Digital Clutter) tədqiqatı 2018-ci ilin dekabrı - 2019-cu ilin yanvarında “Kaspersky Lab”-ın sifarişi ilə OnePoll şirkəti tərəfindən aparılıb. Sorğu zamanı eyni vərdişlərin məişətdə və işdə insana təsiri araşdırılıb.Sorğuda dünya üzrə 7min işçi iştirak edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment