1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın sənədli əməliyyatlarla iş prinsipi UNEC tələbələri tərəfindən maraqla qarşılanıb
01.05.2019

Bakı, FinanceTime. AccessBank-ın UNEC-də reallaşdırdığı "Access Business Talks" layihəsinin budəfəki qonağı bankın Sənədli əməliyyatlar üzrə meneceri Fuad Rüstəmov olub.

Fuad Rüstəmov layihə iştirakçılarına sənədli əməliyyatlar sahəsinin özəlliklərindən və iş prinsipindən danışıb: "Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün beynəlxalq təcrübədə bank qarantiyaları və akkreditivlər kimi alətlərdən geniş istifadə olunur. AccessBank da müştərilərinə müxtəlif növ bank qarantiyaları və akkreditivlər təklif edir. Bu prosesdə bank həm öz imkanlarından istfadə edir, həm də dünyanın aparıcı maliyyə institutlarının dəstəyinə arxalanır. Biz müştərinin ehtiyaclarına uyğun alətin seçilməsi sahəsində tam məsləhət veririk".

Mütəxəssis tələbələrə beynəlxalq ticarətin maliyyələşdirilməsi zamanı istifadə olunan alətləri praktiki misallarla izah edib.

Təqdimatın sonunda qonaq tələbələrlə öz təcrübəsini bölüşüb və onlara bəzi tövsiyələr verib.

Qeyd edək ki, 10 həftə davam edəcək "Access Business Talks" layihəsi çərçivəsində AccessBank-ın əməkdaşları və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşür. Böyük hissəsi ingilis dilində aparılan bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.

Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr "AccessBank"da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.





     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment