1 USD 1.7000   1 EUR 1.8907   1 AED 0.4628   1 ARS 0.0292   1 AUD 1.1612   1 BRL 0.4081   1 BYN 0.8341   1 CAD 1.2940   1 CHF 1.7217   100 CLP 0.2388   1 CNY 0.2402   1 CZK 0.0735   1 DKK 0.2531   1 EGP 0.1047   1 GBP 2.1838   1 GEL 0.5724   1 HKD 0.2168   100 IDR 0.0120   1 ILS 0.4796   1 INR 0.0239   100 IRR 0.0040   100 JPY 1.5657   1 KGS 0.0241   100 KRW 0.1440   1 KWD 5.6025   1 KZT 0.0044   100 LBP 0.1126   1 MDL 0.0978   1 MXN 0.0885   1 MYR 0.4065   1 NOK 0.1851   1 NZD 1.0826   1 PLN 0.4414   1 RUB 0.0265   1 SAR 0.4532   1 SDR 2.3394   1 SEK 0.1752   1 SGD 1.2458   1 TJS 0.1754   1 TMT 0.4857   1 TRY 0.2924   1 TWD 0.0556   1 UAH 0.0684   100 UZS 0.0180   1 XAG 29.7952   1 XAU 2535.7114   1 XPD 2996.6411   1 XPT 1506.8120   1 ZAR 0.1145   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 













Digər xəbərlər


Jurnalistlər müasir Padarçöl Aqroparkını ziyarət etdilər
01.05.2019

Bakı, FinanceTime.  “Azərsun Holdinq” Şirkətlər Qrupu ölkənin aparıcı KİV nümayəndələri üçün Padarçöl Aqroparkına media tur təşkil etdi. 4200 hektar əraziyə malik kompleks ən müasir avadanlıq və texnologiya ilə təmin edilmiş heyvandarlıq və müxtəlif kənd təsərrüffatı məhsullarının yetişdirildiyi əkin sahələrindən ibarətdir. Media mənsublarını qarşılayan Aqroparkın rəhbəri Nəbi Paşayev onları maraqlandıran sualları cavablandıraraq ətraflı məlumat verib. Əsasən taxıl və yem bitkilərinin yetişdirildiyini bildirən müəssisə rəhbəri ümumilikdə il ərzində iki dəfə əkin işlərinin həyata keçirildiyini bildirib. Bundan əlavə, və 3 çeşiddə qarğıdalının əkinləri ilə bərabər, sınaq məqsədilə tərəvəz bitkilərinin əkininə də başlanılılb. Burada yeni növ əkin sahələrinin salınması üçün araşdırmalar aparılaraq gələcəkdə məhsul çeşidinin genişləndirilməsi nəzərdə tutulub.
Jurnalistlərə “Azərsun Holdinq” fəlsəfəsi barədə məlumat verən Nəbi Paşayev Şirkətin Müşahidə Şurasının sədri Abdolbari Goozalın bütün sahələrdə məhsulların keyfiyyətinə xüsusi həssasiyyətlə yanaşdığını söyləyib. “Tarladan süfrəyə”dək keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi “Azərsun” müəssisələrində bütün məhsullar satışdan öncə dəfələrlə laborator yoxlamalardan keçir. Bunun məntiqi nəticəsidir ki, bu Şirkət tərəfindən istehsal olunan məhsullar ölkə daxilində rəğbətlə qarşılanmaqla bərabər dünyanın müxtəlif ölkələrində istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, əkin işlərinin həyata keçirildiyi torpaqların keyfiyyətinin qorunması üçün Müşahidə Şurasının sədrinin təlimatlarına əsasən zəruri addımlar atılır. O, bildirib ki, dövlət rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq “Azərsun”, bölgələrdə insanların məşğulluğunun artırılması və sosial-rifah halının yüksəldilməsinə xüsusi önəm verir. Hazırda müəssisədə 200-dən artıq insan işlə təmin olunub ki, mövsüm zamanı bu rəqəm 600-dən artıq olur.

İdarəetmə sistemi və fermaları dünyaca məşhur Afimilk şirkəti tərəfindən qurulan heyvandarlıq kompleksi barədə məlumat verən
Nəbi Paşayev hazırda 2000-dən artıq iribuynuzlu saxlanıldığını bildirib. Artıq layihənin ilk fazası yekunlaşıb və günlük olaraq 34 ton süd istehsal edilir ki, yağlılıq nisbəti 3.6 faiz təşkil edir. Ən müasir avadanlıqların tətbiqi ilə eyni anda 72 heyvanın sağılması mümkün olur, fermaların avtomalaşdırılmış havalandırma sistemi ilə təchiz olunması heyvanların bütün mövsümlərdə rahatlığını təmin edərək məhsuldarlığın yüksək saxlanılmasına mühüm töhfə verir. İribuynuzluların sağlamlığı və məhsuldarlığı üçün ən önəmli məsələ olan yemlənmə prosesi də Azərbaycanda ilk dəfə avtomatlaşdırılmış şəkildə xüsusi proqram təminatı ilə həyata keçirilir. Holşteyn-friz cinsinə aid heyvanların bütün məlumatları bazaya yerləşdirilib ki, proqram təminatı da bu bazadakı məlumatlar əsasında heyvanların sağlamlıq durumunu hesablaya bilir. Əgər hər hansısa heyvanın qidalanması, məhsuldarlığı və digər göstəricilərində bir dəyişiklik baş verərsə bu barədə dərhal mütəxəssislərə məlumat ötürülür. Dərhal zootexnik və baytarlar həmin heyvanları ümumi sürüdən ayıraraq nəzarət altına götürürlər. Xüsusi qayğı bölümünə yerləşdirilən heyvanlar baytarların nəzarəti ilə müalicə alırlar.
Ümumilikdə bu heyvandarlıq kompleksində əldə olunan süd məhsulları Kürdəmir Süd Emalı Kompleksinə göndərilir ki, orada da “Azərsüd”, “Super milky” və digər “Azərsun” markaları altında məhsullar istehsal edilir.
Heyvandarlıq kompleksinin fəaliyyəti zamanı yaranan üzvi tullantılardan üzvi gübrə də istehsal olunur ki, bu da əkin sahələrində torpaqların zənginləşdirilməsində istifadə olunur.

Jurnalistlərin suallarını cavablandıran Nəbi Paşayev Aqropark layihəsinin ikinci fazasının yekunlaşmasından sonra süd istehsalının artacağını və yerli kərə yağının istehsal edəcəyini də bildirdi. O, bunun üçün Kürdəmir Süd Emalı Kompleksində zəruri işlərin aparıldığını və istehsal xətlərinin qurulduğunu qeyd etdi.

Qeyd edək ki, müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirildiyi ərazilər əvvəllər əkin üçün tam yararsız olub. Hazırda isə “Azərsun Holdinq” tərəfindən burada, nasosxanalar, süni göllər, pivotlar və digər müasir suvarma sistemləri yaradılıb.

 


     



12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru

18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini

06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri



18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment