1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı və ASAN Radiodan “Danışan şəkillər” layihəsi
01.05.2019

Bakı, FinanceTime. İndiyə qədər bir çox sosial-mədəni layihələrə imza atmış Azərbaycan Beynəlxalq Bankı və ASAN Radio daha bir müştərək layihənin icrasına başlayır. Yeni layihə “Danışan şəkillər” adlanır. Belə bir layihənin icrasında məqsəd müasir vasitələrin köməyi ilə ictimai-tarixi irsimizin təbliğidir. Ötürdüyü məlumatlar, sənədləşdirdiyi hadisə, fakt və şəxsiyyətlər, verdiyi mesajlarla xüsusi əhəmiyyət daşıyan şəkillər işığında cəmiyyətimiz üçün mənəvi dəyərlərin formalaşdırılmasıdır. Eyni zamanda,internet məkanında ana dilimizdə faydalı,maarifləndirici resursların yaradılmasıdır.

Burada Azərbaycanın tarixi keçmişi, bu günü, ölkəmizin insanları ilə bağlı maraqlı informasiyalar əks etdirən konkret şəkil seçiləcək. Həmin şəkildəəbədiləşmiş tarix, insanlar, fakt və hadisələr, mühit haqqında bir neçə dəqiqəlik qısa videoçarxlar hazırlanacaq. Bu videoçarxlar həm Azərbaycan Beynəlxalq Bankının, həm də ASAN Radionun sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək. Materialların hazırlanması prosesində ölkəmizin tamaşaçı və dinləyici auditoriyasına yaxşı tanış olan Rahib Azəri də ekspert kimi iştirak edəcək.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib: “Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə ötən il biz “100 illik tarix” layihəsini həyata keçirdik. Layihəmiz çox böyük maraq doğurdu.Qısa müddətdə geniş izləyici auditoriyası topladı. Bu maraq, müsbət rəylər bizi tarixi-mədəni dəyərlərimizlə bağlı layihələridavam etdirməyə ruhlandırdı. İnanırıq ki, “Danışan şəkillər” də böyük uğur qazanacaq, cəmiyyətimizə maraqlı olacaq”.

“ASAN Radio”nun direktoru Emin Musavi deyib: “Maarifləndirmə xəttinə xüsusi önəm verən media qurumu olaraq izləyici auditoriyasındakı tendensiyaları həmişə diqqətdə saxlayırıq. Görürük ki, insanlarımızın faydalı kontentlərə marağı getdikcə artır. Sadəcə, belə kontentləri yaratmaq, cəmiyyətə təqdim etmək, marağı bu səmtə yönəltmək lazımdır. “Danışan şəkillər” layihəsi bu istəyi təmin edəcək və gözəl bir nümunə ortaya qoyacaq”.

Layihənin eksperti Rahib Azəri isə şəkillərin zəngin informasiya daşıyıcısı olduğunu diqqətə çatdırıb: “Hər şəkil həyatın bir anıdır.Bəzən hər hansı bir şəkli qarşına qoyub onunla saatlar boyu söhbətləşə bilərsən. Bu mənada, bir şəklin tarixi bəzən bir xalqın tarixi qədər geniş və maraqlı alınır. Biz də tariximizin, bu günümüzün ayrı-ayrı anlarını əks etdirən müxtəlif şəkilləri danışdırmağa çalışacağıq. Bir çox gerçəkləri onların dili ilə izləyicilərimizə çatdıracağıq. Bəri başdan əmin edirik ki, şəkillərlə dialoq çox maraqlı olacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

“ASAN Radio”nu Bakı və ətraf ərazilərdə 100, bölgələrdə 96.5 və 92.7 FM-də dinləyə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment