1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Nağdsız hesablaşma edən pasiyentlərə cashback qaytarılacaq
01.05.2019

Bakı, FinanceTime.  Mərkəzi Gömrük Hospitalı və “Expressbank” ASC arasında tibbi xidmətləri plastik kart vasitəsilə ödəyən pasiyentlərə məbləğin müəyyən hissəsinin geri qaytarılması ilə bağlı müqavilə imzalanıb. Belə ki, 2019-cu ilin aprel ayından etibarən Mərkəzi Gömrük Hospitalında  stasionar tibbi xidmətlərinə görə ödənilən məbləğin 10%-i və ambulator tibbi xidmətlərə görə ödənilən məbləğin 30%-i pasiyentlərin “Expressbank” plastik kartlarına geri qaytarılacaq.  

Nağdsız hesablaşma yolu ilə ödəmələrin edilməsi və eyni zamanda xərclərin müəyyən məbləğinin geri qaytarılması pasiyentlər üçün həm rahat, həm də sərfəlidir. Qeyd edək ki, nağdsız hesablaşma dünyada pul dövriyyəsinin geniş yayılmış formasıdır və xərclənən məbləğin müəyyən faizinin geri qaytarılması təcrübəsi gündən-günə populyarlığını artırır.

 Ölkəmizdə nağdsız hesablaşma sisteminin inkişafına, elektron ödəniş sistemlərindən daha fəal istifadə edilməsinə xüsusi diqqət ayrılır. Belə ki, nağdsız hesablaşma sisteminin təkmilləşdirilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər mütəmadi olaraq davam etdirilir. Qeyd edək ki, nağdsız hesablaşma sisteminin geniş yayılması Azərbaycanda maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi baxımından  mühüm əhəmiyyət kəsb edir.

Tibbi xidmətlər üçün qaytarılan cashback faizləri haqqında daha ətraflı məlumatı (012) 404 08 08 nömrəsinə zəng vuraraq və ya (050) 404 08 08 WhatsApp nömrəsinə yazaraq əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment