1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku maliyyə hesabatını açıqladı!
01.05.2019

Bakı, FinanceTime. Bank of Baku, 2019-cu ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2019-cu il tarixinə olan hesabata əsasən, bankın həm xalis faiz gəlirlərində, həm də qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Cari ilin ilk 3 ayının göstəricilərinə əsasən, Bankın xalis faiz gəlirləri 7.43 mln. manata çatmışdır ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 12.9% çoxdur. Bankın qeyri-faiz gəlirləri isə analoji dövrlə müqayisədə 51% artım göstərərək, 1.4 mln. manat həcmində olub.

Bank xərclərində isə azalma müşahidə olunub. Belə ki, bu ilin birinci rübündə faiz xərci 2018-ci ilin eyni dövrü ilə müqayisədə 26% azalaraq 3.25 mln. manat təşkil edib. Qeyri-faiz xərcləri isə 6.9 mln. manat olub ki, bu da analoji dövrlə müqayisədə 4% daha azdır.

Hesabat dövrünün sonuna Bankın əməliyyat mənfəəti 1.89 mln. manat təşkil edib.

Tənzimləyici orqanın müəyyən etdiyi müvafiq normativin tələblərinə uyğun olaraq ehtiyat həcminin tələb olunan səviyyəyə çatdırılması bank tərəfindən tam olaraq təmin edilmiş, bu məqsədlə cari ilin birinci rübündə 11.48 mln. manat əlavə ehtiyat yaradılmışdır. Bunun nəticəsində, bank cari dövrü 7.75 mln. manat zərərlə yekunlaşdırıb.

Qeyd edək ki, kredit müştərilərinin maddi rifahının yaxşılaşdırılması və bank sektorunun sağlamlaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanın icrası Bank of Baku-nun maliyyə vəziyyətinin yaxşılaşmasına və Bankın sağlamlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bütün bu göstəricilər aprel ayının yekunu ilə bağlı hesabatda öz əksini tapacaq və bu haqda geniş ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Əlavə olaraq onu da qeyd edək ki, “Moody's” beynəlxalq reytinq agentliyi də sonuncu hesabatında, fərmanın bankın maliyyə vəziyyətinə müsbət təsir edəcəyini proqnozlaşdıraraq, Bank of Baku-nun əmanət üzrə reytinqini neqativdən stabilə yüksəldib.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment