1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankın dəstəyi ilə Rio de Janeyroya gedəcək 4 intellektual gənc axtarılır
30.04.2019

Bakı, FinanceTime. Bakıda artıq ikinci ildir ki, səyahətçiləri intellektual suallarla sınaqdan keçirib, sonda qalib komandanı 4 üzvü ilə birgə fərqli ölkələrə səyahətə göndərən “Traveler’s Mind” intellektual oyunu keçirilir.

Emosiyaları yüksəldən, ürək döyüntülərini artıran və ən çox gözlənilən intellektual oyun olan “Traveler’s Mind Rio edition” bu il 26 may tarixində Holiday Inn mehmanxanasında “Unibank”ın Baş Sponsorluğu ilə keçiriləcək. 200 beynin 50 komanda daxilində döyüşdüyü fırtınada qalib komanda tam heyət ilə Rio de Janeyroya gediş-gəliş bileti hədiyyə qazanacaq.

Tədbirin təşkilatçısı “Vizam.az”-ın yanaşmasına əsasən, bu oyun coğrafiya kitablarının üzünə baxmayan, Manchester United oyunlarını TV-də deyil “Old Trafford”da izləməyi, pizzanı Bakıda deyil, Napolidə yeməyi, matador yarışlarını Las Ventasda izləməyi xəyal etməyənlər, “Into the wild”, “7 years in Tibet” kimi filmlərə baxmayanlar, Jül Vernin bircə kitabını da olsa oxumayanlar üçün deyil.

Qeyd edək ki, 2018-ci ildə keçirilən “Traveler’s Mind” tədbirinin ilkin buraxılışında qalib komanda tam heyət ilə Bakı-Praqa-Bakı bileti əldə etmişdi.

“UniMiles”ın Baş Sponsorluğu, “Vizam.az”-ın təşkilatçılığı ilə keçirilən “Traveler’s Mind Rio edition” tədbirinə digər rəng qatan şirkətlər arasında “Vitam” və "Brandup" şirkətləri də var.

Rio de Janeyro xəyallarınızı gerçəkləşdirmək üçün elə indi qeydiyyatdan keçin: https://bit.ly/2CHqnVs

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment