1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Beynəlxalq Miqrasiya Hüququna dair seminar keçirir
30.04.2019

Bakı, FinanceTime.  30 aprel – 1 may 2019-cu il tarixlərində Beynəlxaq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Hyatt Regency İclas və Konfrans Mərkəzinin Bakı zalında Azərbaycan dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə Beynəlxalq Miqrasiya Hüququna dair iki günlük seminar keçirir. Seminar BMqT-nin 2016-cı ildən etibarən Azərbaycan Hökuməti ilə əməkdaşlıqda ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi Azərbaycan Hökumətini insan alveri və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə dəstəkləmək və bu sahədə yerinə yetirilən milli səylərə töhfə verməkdən ibarətdir.

Seminarda Ədliyyə Akademiyasının rektoru Elçin Xələfov, Beynəlxaq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyev və ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi Kristina Sinğ açılış nitqi ilə çıxış etdilər.

Elçin Xələfov BMqT ilə əməkdaşlığa böyük önəm verdiklərini və təşkilatın təlim və seminarları vasitəsilə yerli hakim və vəkillərə təlim keçmək üçün təlimçilərin hazırlandığını qeyd etdi.

Xanım Kristina Sinğ Birləşmiş Ştatların şərq və qərbin kəsişməsində mühüm coğrafi və siyasi mövqeyə malik olan Azərbaycanın dövlət qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini və bu layihənin məqsədinin miqrasiyanı daha effektli və beynəlxalq qanunlara müvafiq olaraq idarə etmək üçün hökumətə beynəlxalq miqrasiya hüququna uyğun olan miqrasiya siyasəti və qanunvericiliyi formalaşdırmaqda dəstək vermək olduğunu qeyd etdi.

Vladimir Qyorqiyev öz çıxışında miqrantların hüquqları və dövlətin öhdəliyinə diqqəti cəlb etdi: “Qanunları yaradan və tətbiq edən insanlardır. Gəlin yaddan çıxartmayaq ki, miqrantlar da insandır və eyni qanuni standartlar onları da əhatə etməlidir”.

Qeyd edək ki, seminarda Ədliyyə Nazirliyinin, Ədliyyə Akademiyasının, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin 30 yaxın nümayəndəsi, on nəfər xarici ekspertlər iştirak edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment