1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Beynəlxalq Miqrasiya Hüququna dair seminar keçirir
29.04.2019

Bakı, FinanceTime. 30 aprel – 1 may 2019-cu il tarixlərində Beynəlxaq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Hyatt Regency İclas və Konfrans Mərkəzinin Bakı zalında Azərbaycan dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə Beynəlxalq Miqrasiya Hüququna dair iki günlük seminar keçirir.

Seminarda Ədliyyə Akademiyasının rektoru Elçin Xələfov və Beynəlxaq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyev açılış nitqi ilə çıxış edəcəklər. Seminarda Ədliyyə Nazirliyinin, Ədliyyə Akademiyasının, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin 30 yaxın nümayəndəsi, on nəfər xarici ekspert iştirak edəcək.

Seminar BMqT-nin 2016-cı ildən etibarən Azərbaycan Hökuməti ilə əməkdaşlıqda ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi Azərbaycan Hökumətini insan alveri və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə dəstəkləmək və bu sahədə yerinə yetirilən milli səylərə töhfə verməkdən ibarətdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment