1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell “İKT-də qızlar” günü münasibətilə keçirilən tədbirə dəstək oldu
29.04.2019

Bakı, FinanceTime. Beynəlxalq Telekommunikasiya İttifaqının 2010-cu ildə qəbul etdiyi qətnaməyə əsasən aprel ayının sonuncu həftəsinin dördüncü günü “İKT-də qızlar” günü kimi qeyd olunur. Bu tarixi gün qadınların İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) sahəsində rolunun artırılmasına dəstək vermək məqsədi daşıyır.

Azərbaycan RespublikasıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xanımları bu sahədə təhsil almağa təşviq etmək, mövcud karyera perspektivlərini vurğulamaq üçünsilsilə tədbirlər təşkil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES”, “STEP IT Academy” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin təşkilati dəstəyi ilə ilk tədbir Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilib.  70-dək məktəbli qızın iştirak etdiyi tədbirdə informasiya texnologiyalarının əhəmiyyəti, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanlarından bəhs olunub. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən iştirakçılara “sahibkarlıqda ilk addımlar”,”uğurlu sahibkarlıq” və digər vacib məqamları əhatə edən məlumatlar təqdim edilib.

Eyni zamanda bu gün münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “chip.az” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar: imkanlar və perspektivlər” adlı təlim keçirilib.

“İT sahəsində müasir trendlər”, “Sosial şəbəkələrdə biznes”, “Qızlar üçün İKT-də karyera yolu”, “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexnikanın inkişaf perspektivləri” mövzuları üzrə də məşğələlər təşkil olunub.

 “Azercell Telekom” MMC İKT sahəsində peşəkar qadın kadrlarının yetişdirilməsinə xüsusi qayğı ilə yanaşır. Qeyd edək ki, Azercell tərəfindən 2009-cu ildə yaradılan və PAŞA Bank tərəfindən dəstəklənən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi xanımlar üçün informasiya texnologiyaları və sahibkarlıq mövzularını əhatə edən təlimlərin, seminarlar təşkil edilməsində fəal iştirak edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment