1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


25 aprel Azərbaycanda “Sahibkarlar Günü”dür
25.04.2019

Artıq üç ildir ki, hər il 25 aprel Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. Bu gün prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” 21 aprel 2016-cı il tarixli Sərəncamı əsasında bayram edilir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin sözlərinə görə, hazırda ölkəmizdə qeydiyyatdandan keçmiş 972 min sahibkarlıq subyekti var, onların 130 mini hüquqi şəxslərdir. Ötən illər ərzində Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb, böyük iqtisadi islahatlar aparılması nəticəsində əlverişli biznes mühit yaranıb. 

M.Musayev xüsusən də qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın inkişafı məqsədilə ölkəmizdə gedən islahatların mühüm rolunu vurğulayıb:

“Vergilər Məcəlləsinə ciddi əlavə və dəyişikliklər edilib, nəticədə kiçik və orta sahibkarlar mənfəətdən 75% həcmində güzəşt əldə ediblər. Gömrük Məcəlləsində nəzərdə tutulan “Yaşıl Dəhliz” prinsipi ilə işləmək isə sahibkarların idxal-ixrac əməliyyatlarını vaxt itirmədən, rahat şəkildə aparmasına imkan yaradır. Artıq ÜDM-də özəl sektorun payı 85%-ə çatıb və özəl sektor ilə dövlət arasında dialoqun qurulmasında Azərbaycan Sahibkarlar Konfederasiyası qarşısına qoyduğu hədəflər üzərində səylə çalışır”.

M.Musayev qeyd edib ki, biznes mühitin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində 2004-2018-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə ixrac olunan mal çeşidlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artıb. Ümumulikdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub.  

ASK prezidenti iqtisadiyyatın lokomotivi olan iş adamlarını “Sahibkarlar Günü” münasibətilə təbrik edərək onlara ölkəmizin iqtisadi inkişafı naminə uğurlar arzulayır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment