1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku indiyədək 18.290 müştərinin kompensasiyasını ödəyib!
25.04.2019

Bakı, FinanceTime. Müştərilərinə yaxın olan bank - Bank of Baku, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərmana əsasən, 22 aprel tarixindən etibarən start verdiyi kompensasiya ödənişlərinə uğurla davam edir.

Bank, 22 aprel tarixindən indiyədək, 500 AZN-dən aşağı (500 AZN daxil olmaqla) məbləğdə kompensasiya alan 18.290 nəfər müştəriyə ödəniş edib. SMS vasitəsilə məlumatlandırılan müştərilər bankın filialına yaxınlaşaraq növbədə çox gözləmədən rahatlıqla kompensasiyalarını əldə ediblər.

Kompensasiyası 500 AZN-dən yüksək olan müştərilərin ödənişlərinə isə yaxın günlərdə başlanılacaq. Kompensasiya məbləğini kartla alacaq həmin müştərilərə filial və tarix haqqında bank tərəfindən SMS və ya zəng vasitəsilə məlumat veriləcək.

Qeyd edək ki, bankın region və Bakı filialları gücləndirilmiş iş rejiminə keçərək müştərilərin xidmətindədir. SMS vasitəsilə dəvət almış hər kəs rahatlıqla Bank of Baku-nun istənilən filialına yaxınlaşaraq kompensasiyasını əldə edə bilər.

Xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını öyrənmək istəyən şəxslər isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (https://pk.fimsa.az/az/kompensasiya) daxil ola bilərlər.


Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment