1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı “3D Təhlükəsizlik” xidmətindən istifadəni pulsuz etdi
25.04.2019

Bakı, FinanceTime. Bank əməliyyatlarının maksimum təhlükəsizliyi üçün ardıcıl tədbirlər həyata keçirən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank plastik kartlarla əməliyyatlar zamanı təhlükəsizliyi ən yüksək səviyyədə qoruyan “3D Təhlükəsizlik” (3D Secure) xidmətinə qoşulmağı müştərilər üçün pulsuz edib. Xidmətdən istifadəyə görə də müştərilərdən heç bir komisyon haqq tutulmayacaq. Bundan başqa, bank “3D Secure SMS qeydiyyat” xidmətini də istifadəyə verib.

“3D Təhlükəsizlik” texnologiyası beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış qlobal protokoldur. Bu texnologiya ödəniş kartları ilə onlayn əməliyyatlar zamanı müştərinin hesabındakı vəsaitləri kibercinayətkarlıq hallarından qoruyur. Kart sahibi öz mobil telefon nömrəsini bu xidmətə qoşur. Hər dəfə internet ödənişi zamanı həmin nömrəyə birdəfəlik təhlükəsizlik şifrəsi göndərilir. Yalnız həmin kod daxil edildikdən sonra ödənişin başa çatdırılması mümkün olur. Beləliklə, kart itirildikdə, kartın nömrə və şifrəsi başqa əllərə keçdikdə onunla onlayn əməliyyatlar aparmağın qarşısı tam alınır. Mobil telefon nömrəsi Azərbaycan Beynəlxalq Bankının məlumat bazasında olan hər bir müştəri indi bu sistemə avtomatik qoşulacaq. Digər müştərilər isə sistemə bankın ATM-ləri, bankın filial və şöbələri, yaxud Azerikard prosessinq mərkəzinin 194 nömrəli Məlumat Mərkəzi vasitəsilə qoşula bilərlər.

Azərbaycan Beynəlxalq Bankının Elektron ödənişlər departamentinin direktoru Eldar Cəbrayılov bildirib: “Bu texnologiya müştəriyə qarşı dələduzluq risklərinin aradan götürülməsinə xidmət edir. “3D Təhlükəsizlik” xidmətindən faydalanan müştərilərimiz kart əməliyyatlarının tam təhlükəsizliyinə əmin ola bilərlər”.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment