1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BTB Kapital İnvestisiya Şirkəti beynəlxalq partnyor şəbəkəsini genişləndirdi
24.04.2019

Bakı, FinanceTime. "BTB Kapital İnvestisiya Şirkəti" beynəlxalq partnyor şəbəkəsini genişləndirib. İnvestisiya Şirkəti ABŞ-ın ən böyük broker şirkətlərindən biri olan və maliyyə bazarlarında 40 ildən çox fəaliyyət göstərən  "İnteractive Brokers"lə müqavilə bağlayaraq müştərilərinə dünyanın 30-dan çox ölkəsinin fond birjalarında istənilən qiymətli kağızlarla  ticarət etmək və investisiya əməliyyatları həyata keçirmək imkanını yaradıb.

Müştərilər ABŞ, Kanada, Meksika, Braziliya, Avropa Birliyi ölkələri və Böyük Britaniya, Cənubi Afrika, İsrail, Yaponiya, Cənubi Koreya, Hindistan, Sinqapur, Avstraliya və digər fond bazarlarında səhm, dövlət və korporativ istiqrazlar, Avrobondlar, qiymətli metallar,  ETF (Birjada ticarət edilən fondlar), fyuçerslər, opsiyonlar və digər qiymətli kağızları "BTB Kapital" vasitəsilə əldə edə bilərlər.

Xatırladaq ki, "BTB Kapital" daha əvvəl "Türkiyə İş Bankı"nın törəmə şirkəti olan "İş Yatırım" broker şirkəti ilə müqavilə bağlayaraq müştərilərinə Türkiyə fond birjasında əməliyyat etmək imkanı da yaratmışdı.

"BTB Kapital İnvestisiya Şirkəti"ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli İŞ-03 saylı investisiya şirkəti lisenziyasına əsasən fəaliyyət göstərir. Qeyd olunan lisenziyaya əsasən, "BTB Kapital İnvestisiya Şirkəti" ASC qiymətli kağızlar bazarında bütün növ əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsini təmin etmək hüququna malikdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment