1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutdu
24.04.2019

Bakı, FinanceTime.  Heydər Əliyev Beynəlxalq Aeroportunda THY-nin Bakı-Ankara-Bakı reysinin açılış mərasimi baş tutub. Şirkətin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib ki, bu reys iki paytaxt arasında məsafələri qısaltmaq baxımından əhəmiyyətlidir:

"Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu baxımdan siyasilərdən ibarət sərnişin potensialı var. Həmçinin, Ankara və ətraf regionlarda təhsil alan tələbələr, ora müalicəyə gedən şəxslər və s. potensial olaraq bizim sərnişinlərimizdir. Uzun müddət idi ki, paytaxtları bir-birinə bağlayan bu reysi açmağı düşünürdük. Nəhayət bu gün reallaşdırdıq".

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, THY baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay, THY Azərbaycan ofisinin rəhbəri Seyfullah İlyas, Mülki Aviasiya Agentliyinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Elman Ələkbərov və başqa şəxslər iştirak edib.

Qeyd edək ki, “Türk Hava Yolları” 22 aprel tarixindən etibarən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayır.

Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq.

Bununla da Türkiyədən Azərbaycana olan birbaşa uçuşların icra edildiyi şəhərlərin sayı 3 olur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment