1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku kompensasiya ödənişlərinə başladı!
23.04.2019

Bakı, FinanceTime. Ölkənin innovativ bankı Bank of Baku, 22 aprel tarixindən etibarən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında imzaladığı fərmana əsasən, kompensasiya ödənişlərinə start verdi.

İlkin mərhələdə 500 AZN-dən aşağı (500 AZN daxil olmaqla) kompensasiya alan müştərilərə ödəniş edən Bank, kompensasiya ödənişlərinin ilk günündə - yəni 22 aprel tarixində ümumilikdə 3714 nəfər müştəriyə kompensasiya ödəyib. Bank bildirib ki, kompensasiyası 500 AZN-dən yüksək olan müştərilərin ödənişləri yaxın zamanda növbə prinsipinə əsasən ödəniləcək.

Bank ilk kompensasiya alan müştərisini də təyin edib. Elnur Talıblı adlı müştəri bankdan aldığı dollar kreditinə görə hesablanmış kompensasiya məbləğini əldə edərkən, ölkə başçısı Cənab İlham Əliyevə vermiş olduğu qərar üçün təşəkkürünü bildirib.

Hal-hazırda bankın region və Bakı filialları gücləndirilmiş iş rejiminə keçərək müştərilərin xidmətindədir. Qeyd edək ki, müştərilər kompensasiya ödənişlərinin veriləcəyi filial və tarix haqqında SMS və ya zəng vasitəsilə məlumatlandırılacaq. Telefon nömrəsini dəyişmiş müştərilərə Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, yeni telefon nömrələrini təqdim etmələri tövsiyyə olunur.

Müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (https://pk.fimsa.az/az/kompensasiya) daxil olaraq əldə edə bilərlər.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment