1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir
23.04.2019

Bakı, FinanceTime. 2012-ci ildən bəri fəaliyyət göstərən “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə, Avropa Komissiyası tərəfindən maliyyəşən “Erasmus+” çərçivəsində ilk mərhələsi 12-18 Aprel 2019-cu il tarixləri arasında Avropanın bir neçə şəhərində baş tutan “Start it UP, Keep it UP” layihəsində iştirak edir.Layihənin digər mərhələləri növbəti aylarda davam edəcək. Zaur Ünsizadə Avropanın 3 ölkəsini əhatə edən bu layihədə iştirak edən 5 Azərbaycanlı nümayəndə heyətindən biridir.

Start it UP, Keep it UP” layihəsi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) 2018-ci ildə Avropa Komissiyası (European Union) tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının qrant müsabiqəsində qalibi olub. “Start it UP, Keep it UP" layihəsi 2020-ci ilin sonuna qədər davam edəcək və əsas məqsədi gəncləri sosial sahibkarlıq sahəsində iştirak etmək, həvəsləndirmək və maarifləndirməkdir. Azərbaycanın da aralarında olduğu layihənin 6 tərəfdaş ölkəsinin (Azərbaycan, Bolqarıstan, Latviya, Türkiyə, Yunanıstan və Xorvatiya) hər birindən 4 iştirakçı və 1 koordinator layihədə iştirak edir.

Zaur Ünsizadə ölkəmizi təmsil edən komanda ilə iştirakçısı olduğu layihə çərçivəsində adı çəkilən ölkələrdə təlimlərə qatılmaqla yanaşı, müxtəlif startaplar və biznes inkubator nümayəndələri ilə görüşlər keçirərək, “Youth Inc.” Sahibkarlıq Proqramı və proqram tərəfindən icra edilən New Generation (Yeni Nəsil) layihəsini iştirakçılara təqdim edib. Bundan əlavə Zaur Ünsizadə keçirilən görüş və təlimlərdə “Virgin Ecosystem” başlıqlı təqdimatı ilə startap ekosisteminin inkişafına əngəl olan amillərdən və s. danışıb.

Qeyd edək ki, layihənin icrasına Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və "Institute of Youth Power" təşkilatının təşkilatçılığı ilə Xorvatiyanın Kutina şəhərində başlanılaraq MakedoniyaYunanıstanda davam edəcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment