1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bankda müştəri olmaq istəyən hüquqi şəxslər üçün onlayn hesab açmaq imkanı yaradıldı
23.04.2019

Bakı, FinanceTime. Ölkənin ən böyük özəl bankı PAŞA Bankda hüquqi şəxslər üçün yeni bir xidmət – onlayn rejimdə hesab açmaq imkanı yeni müştərilərin istifadəsinə verildi. Bu xidmət Azərbaycanda ilk dəfə təqdim olunur. Artıq Bankda müştəri olmayan hüquqi şəxslər, onlayn şəkildə ərizə formasını dolduraraq sadəcə “Asan İmza” mobil elektron imza vasitəsilə ərizəni təsdiqləyir, yeni açılmış hesab üzrə rekvizitləri 10 dəqiqə ərzində əldə edir və Banka yaxınlaşaraq hesabı aktiv edir.

Onlayn hesab açmaq prosesini daha effektiv etmək məqsədilə PAŞA Bank daim təkmilləşdirmə işləri aparır və müştərilərin ehtiyaclarına cavab verən yenilikləri tətbiq edir. Belə ki, vaxta qənaət edərək müxtəlif valyutalarda cari və kart hesabı ilə yanaşı, Bank müştərilərinə dövriyyəsinə uyğun olaraq tarif paketlərinə də artıq onlayn qoşulma imkanını təqdim edir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd etdi: “Ümid edirəm ki, onlayn rejimdə hesab açmaq imkanı PAŞA Bank müştərilərinin işini asanlaşdıraraq qarşılarında geniş imkanlar açacaq və bu rəqəmsal həllin rəqabət qabiliyyətli üstünlüklərindən faydalanmağa imkan verəcək. Bu xidmət öz növbəsində PAŞA Bankın 2018-2020-ci illər üzrə İnkişaf strategiyası üzrə əsas hədəflərindən biri olmaqla “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”-nin rəqəmsal inkişaf sahəsindəki məqsədlərinə çatmağa xidmət edən yeni bir töhfədir”– deyə T. Kazımov bildirmişdir.

Cənab Kazımov eyni zamanda onu da vurğuladı ki, bu kimi layihələrin reallaşdırılması və effektiv proseslərin tətbiqi üçün hüquqi şəxsin razılığı əsasında müvafiq dövlət qurumlarından lazımi məlumatların rəqəmsallaşdırılmış şəkildə əldə edilməsi çox vacibdir. PAŞA Bank isə öz növbəsində sözügedən yeni xidmətin ən müasir standartlara və texnologiyalara uyğunlaşdırılması üçün bütün imkan və texnoloji resurslara malikdir.

Xidmətdən istifadə buradan mümkündür.

Qeyd edək ki, carı ilin əvvəlində Azərbaycanda ilk dəfə olaraq PAŞA Bank fərdi sahibkarlar üçün onlayn rejimdə müştəri olmaq və onlayn açılmış hesab üzrə rekvizitlərin 5 dəqiqə ərzində əldə edilməsi imkanını təqdim edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment