1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“TechCentrum” “Data Science” üzrə 3 aylıq təlimlərə başlayıb
20.04.2019

Bakı, FinanceTime.   “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə İT sektorunun inkişafına, eləcə də bu sahədə gənclərimizin peşəkarlığının arıtırlmasına yönəldilmiş layihə və tədbirlərin həyata keçirilməsinə hər zaman xüsusi diqqətlə yanaşır. Mərkəz İT sahəsinə olan marağı, eyni zamanda mütəxəssislərin azlığını nəzərə alaraq, az-təminatlı və tədrisə yetərli büdcəsi olmayan seçilmiş tələbələr üçün “TechCentrum” platformasının təşkilatçılığı ilə “Data Science” təlimlərinə başlayıb. Təlimlər həftədə 2 dəfə olmaqla, 90 dəqiqə ərzində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilir.Təlimçi Kamil Ələsgərov tərəfindən keçirilən sessiyalar 3 aya qədər davam edəcək. Təlimlərdə təsviredici və inferensial statistikanın, riyazi analiz və xətti cəbrin ümumi təkrarı, komanda sətri (cmd) ilə işləməyin əsasları, verilənlər bazaları, SQL DML ilə tanışlıq, Python, R və OOP, data strukturları, datanın daxil edilməsi, təmizləməsi, formatın uyğunlaşdırılması, mövcud olmayan (missing) məlumatlara yanaşma və bir sıra digər vacib mövzular əhatə olunacaq.

Məlumat üçün bildirək ki, təlimçi Kamil Ələsgərov bank sektorunda data analizi və risklərin idarə edilməsi sahəsi üzrə 10 illik iş təcrübəsinə malikdir. ADİU, Xəzər və ADA universitetlərində “Statistika, Ekonometrika və Əməliyyatların tədqiqi”ni (Operations Research) tədris edən Kamil Ələsgərov “Baker Tilly Azerbaijan” şirkətində risk sahəsi üzrə layihə meneceridir və Azərbaycan maliyyə sektorunda “Data Science”in tətbiqi ilə məşğuldur.

Qeyd edək ki, “TechCentrum” İnkişafda olan Texnologiyalar sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Üç aylıq fəaliyyəti nəticəsində “TechCentrum” platforması 700-dən çox iştirakçıya “Data Science” və “Data Engineering”, “Cpython”, “Data Products Management” üzrə təlimlər və vebinarlar təşkil edib, Facebook kimi böyük Tech şirkətlərində İT üzrə iş imkanları, təhsil, təcrübə və yay məktəbləri ilə bağlı informasiya mübadiləsi həyata keçirib.

Təlimlər barədə əlavə məlumat üçün techcentrum.az@gmail.com ünvanına müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment