1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İnkişaf və investisiya - gənc sahibkarlar ilk addımını atdı
17.04.2019

Bakı, FinanceTime.   “Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2012-2019-cu illər ərzində həyata keçirilən “New Generation” layihəsinin III mərhələsi üzrə fəaliyyət davam edir.

New Generation Laboratory adlanan bu mərhələdə layihəyə müraciət edərək öncəki mərhələlərdə iştirak edən gənc startapçılar və sahibklardan seçilmiş 40 layihə iştirak edir.
Fərqli sahələr üzrə mütəxəssislər “face-to-face” görüşlərdə layihələrin zəif və güclü tərəflərini müəyyən edərək onların 2 ay davan edəcək mentorinq və biznesin inkişafı proqramı müddətində istifadə edəcəyi yol xəritəsini hazlayıb. Layihələr “pitching” üçün öz ideya və bizneslərində olan zəiflikləri aradan qaldıraraq hazırlanacaqlar. Yekunda isə onlar 35000 AZN-dək investisiyaya bir addım daha yaxın olacaq.

3 gün davam edən “face-to-face” görüşlərdə Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi regionlarından ümumilikdə 40 layihə PAŞA Həyat Sığorta, “Procter and Gamble”, “Horeca Azerbaijan”, Park Bulvar AVM, “INNOLAND”, “Master Coach Azerbaijan” kimi qurumların nümayəndələri və fərdi sahibkarlar qarşısında təqdim ediblər. Bu görüşlərin nəticəsində layihələrin zəiflikləri ortaya çıxarılaraq onlar üçün inkişaf xəritəsi hazırlanacaqdır. Bundan sonra sözügedən layihələr mentorinq və biznesin inkişafı proqramına qoşulacaq.

Qeyd edək ki, “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.

Təlimlər haqqında məlumat almaq və qoşulmaq üçün: nglab.youthinc.az

#bethenextone #newgeneration #newgenerationlaboratory #nglab #yeninəsil #youthinc #cocacola #GənclərvəİdmanNazirliyi


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment