1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


4-cü “Barama İnkubasiya Proqramı” üzrə qalib layihələr bəlli olub
16.04.2019

Bakı, FinanceTime.  “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirmək və uğurlu karyera qurmaq  istəyən gənclər üçün elan etdiyi 4-cü İnkubasiya Proqramının seçimləri başa çatıb. Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 13 startapdan yüksək bal toplayan 6-sı proqramda iştirak etmək haqqı qazanıb. Seçimlərdən uğurla keçən komandaların rəhbərləri Fuad Gülməmmədov, Tuncay Hüseynov, İsa Zeynal, Məhəmməd Kekalov,Tural Zəkəryazadə və əcnəbi rezident olan Javier Chau Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə ediblər.

Məlumat üçün bildirək ki, İnkubasiya Proqramına seçim prosesi 2 mərhələdən ibarət olub. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr mərkəz tərəfindən dəyərləndirilib və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunub. İkinci mərhələdə komandalar öz layihələrini biznes plan və təqdimat formasında nümayiş etdiriblər.

Onu da qeyd edək ki, 6 aylıq inkubasiya proqramının sonunda ən uğurlu startapın təklif etdiyi məhsul və ya xidmət korporativ müştəri olaraq Azercel-ə təqdim olunacaq.

İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə Texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə Texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri sahələrinə üstünlük verilib.

Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək, rezident startapları 6 ay ərzində ödənişsiz ofis məkanı, konsultasiya xidmətləri, təlim proqramları ilə təmin edir, onlara peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı yaradır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment