1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


#WE2019 müsabiqəsinin qalibləri işgüzar səfəri tamamladı
16.04.2019

Bakı, FinanceTime.  “#WE2019xanım sahibkarlar üçün müsabiqə”-nin qalibləri olmuş “İlin təşəbbüskar sahibkar xanımı” - Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” - Elvira Bağırova, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” - Günel Məmmədhəsənova Türkiyənin İstanbul şəhərinə olan işgüzar səfərlərini yekunlaşdırıb.

Qeyd edilən, 3 sahibkar xanım “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə İstanbul şəhərində 12-13 Aprel tarixlərində baş tutan “Hosting Talk” tədbirində iştirak ediblər. Müsabiqənin yekununda mükafat olaraq təqdim edilmiş sözügedən işgüzar tədbir Türkiyə və digər ölkələrlə yeni əməkdaşlıqların əldə ediləcəyi, təcrübə və fikir mübadilələrinin, sektorlar üzrə qazanılmış təcrübələrin bölüşülməsi üçün nəzərdə tutulub. Tədbirdə Microsoft, Red Hat,NGN, Kloia, GoDaddy, StorPool, UzmanPosta kimi bir çox xarici şirkətlərin nümayəndələri ilə panel müzakirələri aparılıb. Xanımlar işgüzar səfərdə qazandıqları təcrübələri ölkəmizdə fəaliyyət göstərən öz bizneslərində tətbiq etməyi hədəfləyib.

Nəzərinizə çatdıraq ki, “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilmiş “#WE2019xanım sahibkarlar üçün müsabiqə” 2019-cu ilin Yanvar-Mart aylarını əhatə edərək Respublika üzrə 161 xanım sahibkarın müraciəti arasında 5 fərqli nominasiya ilə “İlin sahibkar xanım”-larını müəyyən edib.

Müsabiqə “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarının, ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzi  və “INNOLAND” İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

Müsabiqənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az”-dır. 

Müsabiqə haqqında ətraflı məlumat almaq üçün: https://we.youthinc.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment