1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Made in Azerbaijan” biznes ideya müsabiqəsi 2019
16.04.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.

Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaqlar. Müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafat əldə edəcək. Finala çıxan komandalara Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 3 günlük mentorluq və digər təlimlər keçiriləcək.

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafiki aşağıdakı kimidir:

* 16 aprel-5 may – Biznes ideyaların qəbul edilməsi;

* 6 may- 12 may – Təqdim edilən biznes ideyaların Ekspert Şurasıtərəfindən dəyərləndirilməsi və 5 finalçının müəyyənləşdirilməsi;

* 14 may-16 may - Finalçılara mentorluq və təlimlərin keçirilməsi;

* 20-23 may – Final mərhələsi və mükafatlandırılma;

* Finala çıxmış biznes ideyaların təqdimatı və münsiflər heyəti tərəfindən 3 qalibin müəyyən edilərək mükafatlandırılması.

Biznes ideyalar təqdim edilməsi barədə tələblər:

* İdeyaların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu;

* Modern, orijinal, kreativ və aktual yanaşma;

* Layihənin daxili bazarda tətbiqinin reallığı;

* Layihənin formatı (esse, təqdimat, video-çarx və digər);

* Sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı. Biznes ideyaları 5 may 2019-cı il tarixinə qədər biznesideya@unec.edu.az  e-mail ünvanına göndərilə bilər.

Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment