1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


EHİM-in əməkdaşları Beynəlxalq Data Analizi Olimpiadasında iştirak ediblər
15.04.2019

Bakı, FinanceTime.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşları Moskvada keçirilmiş Beynəlxalq Data Analizi Olimpiadasının (IDAO) final mərhələsində iştirak ediblər.

Olimpiadanın baş təşkilatçısı olan “Yandex” şirkətinin mərkəzi ofisində təşkil olunan final mərhələsinə 7 ölkədən 31 komanda və 79 iştirakçı qatılıb. Bu mərhələdə 31 komanda “Yandex Taxi” tərəfindən qarşıya qoyulmuş məsələnin optimal həllini tapmağa çalışıb. Bu komandalardan biri də Elektron Hökumətin İnkişafı Mərkəzinin Proqram Təminatı departamentinin əməkdaşları Samir Məmmədov, Ümid Süleymanov və Əsgər Məmmədlidən ibarət olan “ifElse” komandası olub. Final mərhələsində komandalara “Yandex Taksi” şirkətinin aeroportlarda işləyən sürücülərinin növbədə gözləmə müddətini təyin edən modelin qurulması tapşırılıb. Bunun üçün komandalara aeroportlar üzrə real 6 aylıq taksi sifarişinin tarix datası və modelin qurulması üçün 36 saat vaxt verilib. Sonda qurulmuş modellər növbəti ayın real datası ilə yoxlanılaraq modelin dəqiqliyinə görə sıralanma aparılıb. EHİM-in əməkdaşlarından ibarət komanda tapşırığın öhdəsindən müvəffəqiyyətlə gəlib və final mərhələsində iştirak sertifikatı ilə təltif olunub.

“Yandex” şirkətinin baş təşkilatçılığı, Sberbank və Ali İqtisad Məktəbinin (Higher School of Economics) təşkilatçılığı ilə baş tutan olimpiadanın final mərhələsindən sonra iştirakçılara Avropa Nüvə Tədqiqatları Mərkəzi, “Yandex Taxi” və Rusiyanın Ali İqtisad Məktəbinin professor və nümayəndə heyəti tərəfindən mühazirələr də təqdim edilib.

Artıq ikinci dəfə keçirilən Beynəlxalq Data Analizi Olimpiadasının (IDAO) birinci mərhələsi 15 yanvar-11 fevral tarixində onlayn formada baş tutub. Birinci mərhələdə 78 ölkədən 1287 komanda Avropa Nüvə Tədqiqatları Mərkəzi tərəfindən hazırlanmış məsələni həll etmək uğrunda mübarizə aparıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment