1 USD 1.7000   1 EUR 1.9164   1 AED 0.4628   1 ARS 0.0391   1 AUD 1.1731   1 BRL 0.4416   1 BYN 0.8212   1 CAD 1.2742   1 CHF 1.7099   100 CLP 0.2442   1 CNY 0.2455   1 CZK 0.0750   1 DKK 0.2566   1 EGP 0.1013   1 GBP 2.1547   1 GEL 0.6204   1 HKD 0.2172   100 IDR 0.0119   1 ILS 0.4726   1 INR 0.0244   100 IRR 0.0040   100 JPY 1.5690   1 KGS 0.0243   100 KRW 0.1436   1 KWD 5.5942   1 KZT 0.0044   100 LBP 0.1125   1 MDL 0.0935   1 MXN 0.0886   1 MYR 0.4078   1 NOK 0.1957   1 NZD 1.1109   1 PLN 0.4503   1 RUB 0.0263   1 SAR 0.4533   1 SDR 2.3533   1 SEK 0.1791   1 SGD 1.2430   1 TJS 0.1801   1 TMT 0.4857   1 TRY 0.2892   1 TWD 0.0540   1 UAH 0.0643   100 UZS 0.0200   1 XAG 25.3940   1 XAU 2286.4404   1 XPD 2465.2209   1 XPT 1383.3920   1 ZAR 0.1143   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 















Banklar


AccessBank gənclərin inkişafına dəstək verən qabaqcıl təşkilat seçilib
15.04.2019

Bakı, FinanceTime. AccessBank Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən xüsusi mükafatla təltif olunub.

Təltifetmə mərasimi AMFA-nın 15 illiyinə həsr olunan tədbir çərçivəsində baş tutub. AccessBank "İlin gənclərin inkişafına dəstək verən qabaqcıl təşkilatı" nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafatlandırma mərasimində iştirak edən AccessBank-ın baş direktoru Elşən Pirmaliyev bildirib ki, həm biznes, həm də sosial baxımdan gənclərin inkişafına dəstək vermək bankın əsas hədəflərindən biridir: "Həyata keçirdiyimiz layihələrə layiqli qiymət verdiyi üçün AccessBank adından AMFA-ya təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, AccessBank bundan sonra da gənclərlə bağlı reallaşdırılan biznes və sosial yönümlü layihələrə dəstəyini əsirgəməyəcək".

Onun sözlərinə görə, bankın kredit portfelinin 24%-i gənclərə (35 yaşınadək olan şəxslərə) yönəlib. Bundan başqa, bankda çalışan menecerlərin 30%-ni gənclər təşkil edir.

AccessBank-ın PR meneceri İlkin Əhmədov isə gənclərlə bağlı həyata keçirilən layihələrə toxunub. AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramından söz açan İ. Əhmədov deyib ki, layihənin məqsədi yüksək potensiala malik tələbələrə dəstək olmaqdır:"Layihə iştirakçıları arasından seçilən 10 tələbəyə təqaüd kartları təqdim edilib və həmin tələbələrə cari semestr ərzində hər ay 100 manat təqaüd verilir".

Bank rəsmisi əlavə edib ki, AccessBank-ın UNEC-də həyata keçirdiyi "UNEC Business English Conversation Club" layihəsi ən uğurlu layihələrdən biridir: "İki mövsüm davam edən bu layihə olduqca böyük maraqla qarşılanıb və hazırda da "Access Business Talks" adı altında davam etdirilir. Layihə çərçivəsində bankımızın və tərəfdaş təşkilatların mütəxəssisləri tərəfindən tələbələrə iqtisadiyyat, maliyyə və biznes istiqamətləri üzrə görüşlər keçirilir. Həmçinin, tələbələr bankda təcrübə keçmək imkanı qazanır, yekunda isə onlara sertifikat təqdim olunur".

PR menecer onu da bildirib ki, AccessBank-ın "ASAN könüllüləri" təşkilatı ilə birgə reallaşdırdığı "ASAN İnkişaf Modeli" (AİM) layihəsi də böyük marağa səbəb olub. Layihə çərçivəsində müxtəlif regionlarda, o cümlədən Bakıda 2000 yaxın şagirdə özünəinam və düzgün ixtisas seçimi üzrə təlimlər keçirilib.

O xatırladıb ki, ötən il AccessBank-ın sponsorluğu ilə fiziki məhdudiyyəti olan gənc aktyorlardan ibarət ilk və yeganə teatrolan ƏSA-nın "Adamlar və siçanlar" tamaşası nümayiş olunub.

Bank rəsmisinin sözlərinə görə, hazırda da AccessBank-da gənclərin inkişafına yönəlmiş bir neçə layihə reallaşdırılır: "Bu yaxınlarda biz bank sahəsində karyera qurmaq istəyən gənclər üçün "Access Bankirlər Məktəbi" layihəsinə start verdik. Bununla yanaşı, AccessBank bütün təhsil müəssisələrinin tələbələri arasında marketinq mövzusunda müsabiqə elan edib. Müraciətlər qiymətləndirildikdən sonra 12 komanda seçiləcək, ilk 3 yeri tutmuş komandalar bankda təcrübə keçmək imkanı, sertifikat və pul mükafatı əldə edəcəklər".

 





26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi


18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri

20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment