1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) Çingiz Abdullayevin kitabını nəşr edib
12.04.2019

Bakı, FinanceTime. 10 aprel 2019-cu il tarixində Azərbaycan xalq yazıçısı Çingiz Abdullayevin “Eramızı əzəlində sui-qəsd” adlı kitabının təqdimatı olub. Kitab bank VTB (Azərbaycan) tərəfindən yazıçının 60-illik yubileyi ərəfəsində nəşr edilib.

1990-ci ildə yazılan tarixi roman imperator YuliSezarın hakimiyyəti dönəmində Qədim Romada baş verən hadisələrdən bəhs edir. Kitab hədiyyəli nəşrdir və məhdud tirajla dərc edilib.

Tədbirdə dövlət və ictimai xadimlər, o cümlədən Azərbaycan Respublikası Mədəniyyət naziri ƏbülfəsQarayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov, Rusiyanın Azərbaycandakı səfiiri Mixayil Boçarnikov, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev iştirak edib.

“Çingiz Abdullayev Azərbaycanı bütün dünyada təbliğ edən şəxsiyyətdir. Azərbaycan mədəniyyəti üçün onun əhəmiyyəti çox böyükdür. Mən əziz dostumuzu yubiley və kitabının təqdimatı münasibəti ilə təbrik edirəm. Azərbaycanın xalq yazıçısının kitabını yenidən nəşr etdiyi üçün bank VTB (Azərbaycan)-a təşəkkür edirəm”, -deyə Azərbaycanın Mədəniyyət naziri ƏbülfəsQarayev bildirib.

“Bu böyük tarixi romandır və mən onun üzərində uzun illər çalışmışam. Artıq 16 ildir ki, onun ikinci hissəsi üzərində işləyirəm: tarixi əsərlər dəqiqlik tələb edir, çoxlu məlumat toplamaq lazım olur. Mən kitabımın nəşri üçün bank VTB (Azərbaycan)-a təşəkkür edirəm” – deyə, Çingiz Abdullayev qeyd edib.

“VTB uzun illər ərzində görkəmli mədəniyyət və incəsənət nümayəndələri ilə layihələr reallaşdırır. Bizim üçün Çingiz Abdullayevin kitabını dərc etmək böyük qürurdur. Bu kitabın ərsəyə gəlməsinə o, 14 il sərf edib. Ümid edirəm ki, kitabın görünüşü də oxuculara xoş təəssürat bağışlayacaq” – bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri bildirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment