1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Gənclər SAHNA arxasında qalmadı!
12.04.2019

Bakı, FinanceTime.  “SAHNA: Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinin Bakı Konqres Mərkəzində Bağlanış, Mükafatlandırma mərasimi və Master-klass keçirildi. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən, “Youth Inc.” Sahibkarlıq Proqramı və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə 2019-cu ilin Mart-Aprel aylarını əhatə edib.

Əsas məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək olmaq olan layihə, ideyası, startapı və ya biznesi olan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək edib.

Layihə çərçivəsində ümumi olaraq, 4 bölgədə - Bakı, Gəncə, Şəki və Qubada təlim kursu və mentorinq mərhələsi həyata keçirilib. İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında öyrəndikdən sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər əldə ediblər. Belə ki, iştirakçılar öz çıxışlarını peşəkar mentorların dəstəyi ilə hazırlayıblar.

250 nəfərin iştirak etdiyi tədbirdə açılış nitqində layihə nümayəndəsi Kənan Məmmədov “5 aylıq hazırlıq və icra prosesi olan layihə çərçivəsində 210-dan çox gənc iştirak edib və ümumilikdə, 130-dan çox layihə təqdim olunub. Seçim mərhələsində isə hər bölgədən (Quba, Şəki, Gəncə və Bakı) ən yaxşı gənc natiq müəyyən olunaraq final mərhələsinə vəsiqə qazandığını” qeyd edərək finalçılara uğurlar arzulayıb. Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu tip layihələrin yararından danışaraq, çıxışında gənclərin bilik və bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə yönəlmiş layihələri hər zaman dəstəklədiyini qeyd edib.

Tədbirin davamında Ceyhun Əli tərəfindən “Biznes mühitində nitq mədəniyyətinin rolu və nüfuz menecmenti” mövzusunda master-klass həyata keçirilib. Yekunda layihənin keçirildiyi 4 bölgədən ən yaxşı 4 gənc sahibkar natiq çıxış edərək öz ideyalarını təqdim edilib.

Onlar, Gəncə bölgəsindən, Azərbaycan Texnologiya Universitetinin tələbəsi Hüseyn Xəlilov, Şəki bölgəsindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbəsi Elvin Mabudlu, Quba bölgəsindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi
Zülfüqar Mayılov, Bakı bölgəsindən Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının tələbəsi Coşqun Quliyevdir.

Yekunda, finalçılar, münsiflər və təlimçilər mükafatlandırılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment