1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


UNEC-100: Sosial xidmətlərdə aparıcı universitet
12.04.2019

Bakı, FinanceTime. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2030-cu ilədək sosial xidmətlərdə aparıcı ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyub. “UNEC-100” İnkişaf strategiyasında bu istiqamətdə strateji məqsəd və hədəflər müəyyən edilib.

Hər il milli səviyyəli sosial məsuliyyətlilik layihəsi reallaşdırmaq, ömür boyu təhsil proqramı üzrə ən azı beş təhsil xidməti göstərmək, UNEC-də toplanan bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini, tələbələrin təşkilatlanmasını və sosial şəraitini, o cümlədən məzunlarla əlaqə mexanizmini daim təkmilləşdirmək bu istiqamətdə strateji hədəflər kimi təsbir olunub.

Strategiyaya əsasən, milli səviyyəli sosial məsuliyyətlilik layihələri cəmiyyətin elmi yanaşmaya və elmi inkişafa verdiyi dəyəri artırmağa, ekoloji şüurun inkişafına, aktual sosial problemlərin öyrənilməsi ilə bağlı tədqiqatların həyata keçirilməsinə yönələcək.

UNEC-də toplanan bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərinin fasiləsiz olaraq təkmilləşdirilməsi, elmi tədqiqatlar, tədbir və layihələrin nəticələrinin cəmiyyətlə bölüşdürülməsi də strategiyada əksini tapıb. İnkişaf strategiyasında açıq tədris resurslarının formalaşdırılması, mühazirə və seminarların təşkili, onların internet üzərindən yayılması, UNEC ekspertlərinin media ilə əlaqə mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulub.

2030-cu ilə qədər UNEC ömür boyu təhsil proqramı üzrə ən azı beş təhsil xidməti göstərməyi hədəfləyib. Bu istiqamətdə müxtəlif sosial problemlərlə bağlı maarifləndirmə proqramlarının, o cümlədən biznes dünyasına yönəlik qısamüddətli sertifikat proqramlarının və yaşlıların təhsilinə xidmət edən təhsil proqramlarının təşkil edilməsi nəzərdə tutulub.

İnkişaf strategiyasında tələbələrin təşkilatlanma mexanizmini və sosial şəraitini daim təkmilləşdirmək də yer alıb. Bu istiqamətdə ixtisaslaşmış tələbə təşkilatlarının sayının artırılmasına, tələbə senatı və tələbə auditinin formalaşdırılmasına, tələbə-universitet-valideyn üçtərəfli əlaqə modelinin tətbiq edilməsinə xüsusi önəm veriləcək. Eyni zamanda  tələbələrin karyera quruculuğuna dəstək göstərilməsi, tələbələr arasında multikultural dəyərlərin yayılmasına xidmət edən tədbirlərin təşkili, sosial layihələrin sayının və çeşidliliyinin artırılaraq davamlılığının təmin edilməsi fəaliyyət istiqamətləri kimi strategiyada təsbit olunub.

UNEC məzunlarla əlaqə mexanizmini daim təkmilləşdirməyi də prioritet seçib. Strategiyaya əsasən, Məzunlar Assosiasiyası və Məzun evlərinin yaradılması, fəxri məzunlarla sistemli əlaqə mexanizminin qurulması, onların əlamətdar tədbirlərə dəvət edilməsi və elektron məlumat bazalarının formalaşdırılması nəzərdə tutulub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment