1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


STP Azərbaycan tarixində ən iri kabel ixracını həyata keçirir
11.04.2019

Bakı, FinanceTime.  2019-cu ilin mart ayında Sumqayıt Texnologiyalar Parkıölkə tarixindəki ən irihəcmli kabel ixracı əməliyyatını həyata keçirməyə başladı. Bu günədək davam edən prosesdə idxalçı tərəf kimi Qazaxıstan Respublikası çıxış edir və artıq 6 avrofura məhsul sifarişçi ölkəyə yola salınıb. Müqaviləyə əsasən STP sifarişçiyə ümumilikdə 77 avrofura alçaq gərginlikli olmaqlazirehli və zirehsiz müxtəlif növ kabel məhsulları göndərəcək.

Almaniya və Rusiya kimi ölkələrdən oturuşmuş şirkətləri qabaqladıq!

2017-ci ilin oktyabr ayından başlayaraq ictimaiyyətə açıq şəkildə keçirilənvə bu ilin yanvar ayında Texnoparkın qələbəsi ilə nəticələnən tenderdə Azərbaycan ilə yanaşı Almaniya, Çin və Türkiyə kimi ölkələrdən ciddi rəqib şirkətlər iştirak edib.

7 milyon dolar dəyərində layihə!

Qeyd etmək istərdik ki, ümumi dəyəri 5 milyon ABŞ dolları olan bu müqaviləyə əsasən ixrac olunacaq məhsullar Qazaxıstanın Aktoqay Dağ Mədən Kombinatının genişləndirilməsində istifadə ediləcək. İlin sonuna qədər isə daha 3 müqavilənin bağlanması ilə ümumi ixrac məbləğinin 7 milyon ABŞ dollarını ötməsi proqnozlaşdırılır.

Xatırladaq ki, bu, Texnoparkın Qazaxıstan iləilk əməkdaşlığı deyil. Daha əvvəllər də STP adı çəkilən ölkə ilə bir sıra uğurlumüqavilələrə imza atıb;Şımkənt şəhərini elektrik enerjisi ilə təmin edən“BURIL” Yarımstansiyasının tikintisi, Temirtau şəhərində yerləşən məşhur “ArcelorMittal” şirkətinə məxsus metallurgiya bazasının genişləndirilməsi, Orta Qazaxıstan Vilayətinin ən böyük alış-veriş mərkəzi olan “Kızılorda”Plazanın tikintisi vəAstana şəhərində “Astana-2” yarımstansiyasının bərpa işləri zamanı edilən əməkdaşlıqlar STP-nin Qazaxıstan portfelində əhəmiyyətli yerə sahibdir.

Regionun ən iri kabel zavodu!

STP-nin Kabel Zavodu 2009-cu ildən fəaliyyət göstərir və yarandığı gündən istehsal həcmi və məhsul çeşidinə görə regionun ən iri kabel istehsalçısıdır. Zavod həmçinin İfrat gərginlikli elektrik kabelləri, LAN və Fiberoptik kabel məhsullarının regionda yeganə istehsalçısıdır. Xüsusilə vurğulamaq lazımdır ki, 500 Kv-luq ifrat gərginlikli kabellər dünyada cəmi 6 ölkədə istehsal olunur. 

Qeyd edək ki, regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə yanaşıxarici bazara da kifayət qədər məhsul ixrac etmək iqtidarındadır. Hazırda şirkətdə 2000 nəfər çalışır və Texnoparka daxil olan bütün müəssisələr Avropa və Yaponiya istehsalı olan ən yeni texnoloji avadanlıqlar ilə təchiz olunublar. Həmçinin Texnoparkın bütün zavodlarında Avropa istehsalı olan laboratoriyalar mövcuddur və onlar AZS ISO/IEC 17025-2009 standartlarına uyğun şəkildə akkreditə olunublar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment