1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


UNEC tələbələri AccessBank-da daxili audit işinin təşkilini öyrənib
10.04.2019

Bakı, FinanceTime. AccessBank-ın UNEC-də reallaşdırdığı "Access Business Talks" layihəsinin bu dəfəki qonağı bankın Daxili audit departamentinin direktoru Zaur Məhərrəmov olub.

Tələbələr qarşısında təqdimatla çıxış edən mütəxəssis rəhbərlik etdiyi departamentin iş prinsipi barədə məlumat verib. Nəzərə alsaq ki, "Access Business Talks" layihəsinin iştirakçısı olan tələbələrin böyük hissəsi gələcəyin auditorlarıdır, qonaq xeyli sayda suallarla üzləşdi. Yeri gəlmişkən, "UNEC Business EnglishConversation Club" layihəsində aktiv iştirak edən iştirak iki tələbə hazırda AccessBank-ın Daxili audit departamentində təcrübə keçir. 

"Daxili audit xidmətinin fəaliyyəti bankın biznes və dəstək proseslərinin effektivliyinin artırılmasına yönəlib", - deyə Zaur Məhərrəmov bildirib.

Tələbələr daxili və xarici (müstəqil) auditin fərqləri ilə də maraqlanıb. Buna cavab olaraq qonaq deyib ki, müstəqil audit ildə bir dəfə maliyyə hesabatlığını yoxladığı halda, daxili audit daimbanka xidmət göstərir.

Zaur Məhərrəmov əlavə edib ki, yoxlamalar bir neçə məqsəd daşıyır: "Birincisi, rəhbərlik biznes proseslərini daha da təkmilləşdirmək istəyir ki, bununla da həm vaxt, həm də vəsait qənaətinə nail olmağa çalışır. İkincisi, obyektiv və hərtərəfli daxili audit istənilən şirkətin rəhbərliyinin marağındadır. Beləliklə,rəhbərlik daxildə baş verən istənilən proseslərdən xəbərdar olur və müvafiq qərarları rahatlıqla qəbul edir".

Sualların cavablandırılması zamanı departament rəhbəri tələbələrə AccessBank-dakı təcrübəsindən müxtəlif misallar çəkib.

Qeyd edək ki, 10 həftə davam edəcək "Access Business Talks" layihəsi çərçivəsində AccessBank-ın əməkdaşları, IELTS və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşür. Böyük hissəsi ingilis dilində aparılan bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, iqtisadiyyat, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.

Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr "AccessBank"da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment