1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı “E-manat” terminallarında kart hesablarına mədaxil etmək imkanı yaratdı
10.04.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı müştərilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, onların işini asanlaşdıran və vaxtına qənaət edən daha bir yeni xidmətini təqdim edib. Belə ki, indiyə qədər bankın müştəriləri “E-manat” terminalları vasitəsilə kredit ödənişlərini həyata keçirə bilirdi. Lakin artıq bankın müştəriləri “E-manat” terminalları vasitəsilə öz kart hesablarının balansını da artıra biləcəklər. Vəsaiti bu üsulla həm debet, həm də kredit kartı hesablarına mədaxil etmək mümkündür.

Bunun üçün “E-manat” terminallarında Azərbaycan Beynəlxalq Bankını seçdikdən sonra “Fiziki şəxslər - karta mədaxil” bölməsini tapmaq, müvafiq məlumatları və vəsaiti daxil etmək kifayətdir. Onu da qeyd etmək lazımdır ki, bu zaman müştərilərdən heç bir əlavə komisyon haqqı tələb olunmur.

Elektron xidmət infrastrukturunu daim inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə töhfə verməyə çalışır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/ “Qayğıkeş” klubu çərçivəsində bankla tərəfdaşlıq edən alış-veriş məkanlarında ödənişləri Azərbaycan Beynəlxalq Bankının plastik kartları və POS terminalları vasitəsilə aparan zaman ödənilmiş məbləğin müəyyən hissəsi elə yerindəcə müştərinin kart hesabına geri qayıdır.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. VISA, Mastercard, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment