1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda
10.04.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Səfərin məqsədi BMT-nin Dövlət İdarəetməsi üzrə Ekspertlər Komitəsinin (CEPA) Nyu-York şəhərində keçirilən 18-ci sessiyasında iştirakdır.

9 aprel tarixində BMT-nin Davamlı İnkişaf Məqsədlərindən 16-cı məqsədə üzv dövlətlərdə nail olunmasının uğurlu təcrübələrinə həsr olunmuş iclas keçirilib. İclasda Azərbaycan, Xorvatiya, Çili, İndoneziya, İslandiya, Uruquvay, Qvatemala və digər dövlətlərin müvafiq sahədə həyata keçirdiyi tədbirlərə dair çıxışlar dinlənilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət islahatlarının tərkib hissəsi olaraq “ASAN xidmət”in yaradılmasından, mərkəzlərdə xidmətin keyfiyyətinin ölçülməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan fəaliyyətdən və Davamlı İnkişaf Məqsədlərinə uyğun olan təcrübədən bəhs edib. Həmçinin “ASAN xidmət”in uğurlu təcrübəsinin bir çox dövlətlərdə tətbiqi, həmin dövlətlərin nümayəndələri üçün təlimlərin təşkil olunduğu diqqətə çatdırılıb.

İclas CEPA ekspertlərinin sualları və şərhləri əsasında interaktiv dialoq formasında davam etdirilib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə BMT baş katibinin müavini Lui Zenmin arasında keçirilən görüşdə “ASAN xidmət”in keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, bu təcrübənin maraqlı ölkələrdə tətbiqi üzrə uğurlu beynəlxalq əməkdaşlıq barədə məlumat verilib. Cari ilin iyun ayında Bakıda keçiriləcək BMT Dövlət Xidmətləri Forumuna hazırlıq məsələləri müzakirə olunub, öz növbəsində BMT baş katibinin müavini müvafiq tədbirdə iştirak edəcəyini qeyd edib.

BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri Axim Ştayner ilə təşkil olunan görüşdə ikitərəfli əməkdaşlığın davam etdirilməsindən, gələcək əməkdaşlıq perspektivlərindən, UNDP-nin “ASAN xidmət”in beynəlxalq fəaliyyətinə dəstəyindən danışılmışdır. Habelə konkret təkliflər əsasında müzakirələrin davam etdirilməsi və yekunlar üzrə addımların atılması barədə razılıq əldə olunub.

Səfər zamanı BMT-nin İqtisadi və Sosial Məsələlər İdarəsinin Dövlət təsisatları və rəqəmsal hökumət sektorunun rəhbəri Juvanq Zu ilə baş tutmuş görüşdə BMT Dövlət

Xidmətləri Forumunun keçirilməsi ilə bağlı hazırlıqlar, təşkilati məsələlər, o cümlədən substantiv məqamlar müzakirələr edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment