1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumunda iştirak edir
10.04.2019

Bakı, FinanceTime. 9-10 aprel 2019-cu il tarixlərində Frankfurt şəhərində Almaniyanın ən böyük maliyyə qurumlarından olan Commerzbank-ın təşkilatçılığı ilə “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumu keçirilir. Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edir.

Forum dünyanın bütün kapital bazarlarında infrastruktur imkanlarını kəşf etmək, eləcə də investorlarla görüşmək və investisiya imkanlarının genişləndirmək üçün bir platformadır. Tədbir, inkişaf etməkdə olan bazarların qeyri-müəyyənliyinin müzakirəsi, qlobal iqtisadiyyatda müxtəlif investisiya risklərinin nəzərdən keçirilməsi, investisiya risklərinin bölüşdürülməsi mexanizmləri, maliyyə dayanıqlığının təmin edilməsi üçün strateji keçidlərin yaradılması və digər sahələri əhatə edir.

“Maliyyə dünyasının sərhədləri yoxdur – xüsusən Şərq, Qərb, Şimal, Cənub üçün açıq olan Azərbaycan kimi bir ölkədə. Bizim istəyimiz qlobal rəqabətdə aktual qalmaq və dünya iqtisadiyyatının Azərbaycana və regionumuza, o cümlədən qonşu ölkələrə təsir göstərən çətinliklərin öhdəsindən gəlməkdir. Məhz bu kimi tədbirlərdə iştirak etməklə həm xarici həmkarlarımızla fikir mübadiləsi apara, həm də dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübələrini fəaliyyətimizə tətbiq edə bilirik”, - deyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, proqram çərçivəsində həmçinin forum iştirakçıları ilə görüşlər keçirilib və dünyanın bir neçə nüfuzlu maliyyə qurumları ilə gələcək əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılır.


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment