1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in dəstəyi ilə “Onbranch” startapı "Seedstars World" müsabiqəsində iştirak edib
09.04.2019

Bakı, FinanceTime.   “Azercell Telekom”MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq tədbirə qatılıb. 2018-ci ildə ölkəmizdə keçirilən "Seedstars World" müsabiqəsinin qalibi “Onbranch” startapı ilə birlikdə mərkəz “Seedstars Sammiti”ndə iştirak edib. İsveçrənin Lozanna şəhərində baş tutan tədbirdə 75 ölkədən startap komandaları, hökumət nümayəndələri, investorlar, yaradıcı insanlar, həmçinin nüfuzlu şirkətlərin mentorları iştirak edib. Maliyyə, səhiyyə, təhsil, kənd təsərrüfatı və enerji sahələrində mövcud olan qlobal problemləri həll etmək məqsədilə keçirilən sammitdəAfrika, Latin Amerikası, Asiya, Şərqi Avropa və Orta Şərqi təmsil edən 64 ən uğurlu startap layihəsi 500,000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparıb. Nəticədə Argentinanı təmsil edən “Blended” startapı “Seedstars Sammiti”nin qalibi seçilib.

Məlumat üçün bildirək ki, “Seedstars World" regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Tədbirin keçirilməsində məqsəd inkişaf etməkdə olan ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.

Qeyd edək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olanstartapları dəstəkləyərək onların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və 6 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

Fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azercell və PAŞA Bankın dəstəyi ilə Azərbaycanda sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra uğurlara imza atıb. Ölkənin ilk biznes inkubatoru olan mərkəz startapların inkişafının hər bir mərhələsində onlarla işləyir, uğur qazanmaq üçün lazım olan vəsaitlər, resurslar və biliklərlə təmin edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment