1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Dövlət Agentliyi və Azərbaycan Beynəlxalq Bankı “Startap günləri” layihəsinə başladı
08.04.2019

Bakı, FinanceTime.  İndiyə qədər müştərək layihələrlə bir sıra faydalı təşəbbüslərə imza atmış Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə “Startap günləri” layihəsinə başlayır. Aprelin 8-də Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən mətbuat konfransında layihə ictimaiyyətə təqdim olunub.

Bu təşəbbüs universitet tələbələri üçün nəzərdə tutulub. Layihə çərçivəsində ölkəmizdəki ayrı-ayrı universitetlərdə “Startap günləri” keçiriləcək. Hər hansı startap ideyası olan gənclər bura cəlb olunacaqlar. Tələbələr öz startaplarını fərdi, yaxud komanda şəklində təqdim edə bilərlər. Yetərincə əsaslandırılmış real ideyaların müəllifləri üçün “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində hazırlıq təlimləri təşkil olunacaq. Bu təlimlərdə xüsusi fərqlənən gənclərə öz ideyalarını reallaşdırmaq üçün lazımi kömək göstəriləcək.

“Startap günləri”nin aprel, may və iyun aylarında Bakı şəhərindəki Turizm və Texnologiya Peşə Liseylərində, Azərbaycan Texniki Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Dövlət Universitetində, Qərb Universitetində, həmçinin ASAN Könüllüləri Təşkilatında keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, bank innovativ təşəbbüsləri hər zaman dəstəkləyib və bu dəstəyi gələcəkdə də davam etdirəcək: “Startap ideyalarına malik gənclərə kömək göstərməklə biz ümumən cəmiyyətimizin gələcəyinə sərmayə qoymuş oluruq. Öz biznes layihələrini reallaşdırmağa başlayan gənclərimizin yanında olmaqdan qürur duyuruq”.

“Startap günləri” layihəsinə iyulda təşkil ediləcək “Startap Azərbaycan” konfransı ilə yekun vurulacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment