1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda ilk dəfə “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu” keçirilib
08.04.2019

10 aprel-İnşaatçılar Günü münasibətilə bu gün Azərbaycanda ilk dəfə “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu” keçirilib. Forum ekoloji sağlam Mr.Fix inşaat materiallarının baş sponsorluğu, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMIU), Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyasının (AQSIA) dəstəyi və PROAKTİV PR Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Bakı, FinanceTime. Layihənin məqsədi tikintidə, xüsusən sağlam həyat tərzində ekoloji sağlam inşaat materiallarının önəmini vurğulamaq, cəmiyyəti bu sahədə zəruri praktiki biliklərlə məlumatlandırmaq, keyfiyyətli inşaat materialları istehsalçıları ilə bu sahədə təhsil alan tələbələr və potensial istehlakçı auditoriyası arasında körpü rolu oynayacaq yeni platformanın yaradılmasıdır.

Forumda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmi nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları, inşaat materialları istehsalçıları, tikinti şirkətləri nümayəndələri, eləcə də bu sahədə akademik təhsil alan magistr və doktorantlar iştirak edib. AzMİU-nun Ekologiya kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyevin Azərbaycanda memarlıq və inşaatın ətraf mühitə təsiri haqda yerli və beynəlxalq təcrübəni praktiki nümunələr əsasında çıxışı, AzMİU-nun Materialşünasılıq kafedrasının müdiri, professor İradə Şirinzadənin ekoloji sağlam inşaat materiallarının tikintidə və insan həyatında önəmi haqda çıxışı, AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədovun binalarda enerji effektivliyi və ekologiya problemləri mövzusunda çıxışı auditoriya tərəfindən maraqla qarşılanıb. 

Tədbirdə “Enerji sərfiyyatına maksimum qənaət, maksimum komfort” devizi ilə istehsalına başlanılan Thermomax termo izolyasiya sisteminin təqdimatı keçirilib. Thermomax izolyasiya sistemi tikinti və təmir şirkətləri tərəfindən böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, ölkəmizdə ilk dəfə təşkil olunan “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu” Arka İnşaat Təmir və Tikinti şirkəti, Türkiyənin DİNÇ İstanbul İnşaat şirkətinin, KƏPƏZ Alçının, eləcə də Gobustone ekoloji sağlam məsaməli hörgü bloklarının dəstəyi, yerli və beynəlxalq mətbuatın iştirakı ilə baş tutub. PROAKTİV PR Agentliyi gələcəkdə də inşaat və digər sektorlarda cəmiyyətə faydalı müxtəlif aktual mövzular üçün yeni platformalar yaratmaq niyyətindədir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment