1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in dəstəklədiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir
06.04.2019

Bakı, FinanceTime.   “I2B - İdeyadan Biznesə” layihəsi startaplara dəstək olmaq, eləcə də innovativ ideyaların həyata keçirilməsinə yardım etmək istiqamətində öz fəaliyyətini uğurla davam etdirir. Bu dəfə layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərinin ən uğurlu startap komandaları bəlli olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan layihə Sumqayıt və Gəncədə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Sumqayıtda Heydər Əliyev Mərkəzində keçirilən startap turuna 100-dən çox iştirakçı qatılıb. Tədbirin əvvəlində informativ sessiya keçirilib, “I2B - İdeyadan Biznesə” layihəsinin konsepsiyası, layihə çərçivəsində keçirilən startap turlarının məqsədi, əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verilib. Daha sonra təşkilatçılar tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazar araşdırılması kimi aktual məsələləri əhatə edən təlim keçirilib. Növbəti mərhələdə iştirakçılardan ibarət komanda formalaşdırılıb və peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb. Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflərin qərarına əsasən “Part of me”, “Keep hot” və “Military modul” layihələrimüvafiq olaraq I, II və III yerlərə layiq görülüb.

Sumqayıtdan sonra növbəti startap turu Gəncədə baş tutub. Tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes təlimi keçirilib və iştirakçılardan ibarət komandalar formalaşdırılıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda “Kanvas” modelinə əsasən biznes sxemləri hazırlanıb. İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim edib və hər çıxışdan sonra layihənin müzakirəsi, interaktiv sual-cavab keçirilib. Münsiflər region üzrə 1-ci yerə “Biobone”, 2-ci yerə “Sağlam qida”, 3-cü yerə isə “P4Y” (Platform for Youth) layihəsini layiq görüblər.

Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Milli Finalda ilk 3 yeri tutan komandalar layihədə nəzərdə tutulmuş əsas mükafatlara sahib olacaqlar. Bundan əlavə, startap turları çərçivəsində qalib gələn layihələr mentor xidmətləri, sərmayələrin cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərdə iştirak etmə imkanları ilə təmin olunacaq.

Qeyd edək ki, Azercell və PAŞA Bank tərəfindən dəstəklənən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda biznes innovasiyasını artırmağa, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək verir. Fəaliyyətinin 10 illiyini qeyd edəcək mərkəzin əsas məqsədi startapların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etməkdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment